Qarabağ uğrunda mürəkkəb diplomatiya tariximizin yeni faktı açıldı - Əliyev “biz məyus olurduq” dedi...
Tarix: 30-11-2022, 11:31
Baxılıb: 205
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağ uğrunda mürəkkəb diplomatiya tariximizin yeni faktı açıldı - Əliyev “biz məyus olurduq” dedi...

30-11-2022, 11:31

"İşğal dövründə biz hər zaman müəyyən mənada, yumşaq desək, məyus olurduq ki, postsovet məkanında münaqişələrə fərqli münasibət var". Bunu Prezident İlham Əliyev "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda deyib.
Ölkə başçısı deyib ki, biz özümüz ərazi bütövlüyümüzün pozulmasından əziyyət çəkmişik: "Ona görə də ərazi bütövlüyü beynəlxalq hüququn başlıca prinsipidir. Başqa bir məsələ ondan ibarətdir ki, müxtəlif ölkələrin ərazi bütövlüyünə selektiv yanaşma var. Sizə deyə bilərəm ki, işğal dövründə biz hər zaman müəyyən mənada, yumşaq desək, məyus olurduq ki, postsovet məkanında münaqişələrə fərqli münasibət var. Gürcüstan və Moldovada münaqişə ilə bağlı, hətta Ukraynadan əvvəl, bu ölkələrin ərazi bütövlüyünə dəstək tamamilə açıq şəkildə ifadə olunurdu. Azərbaycana gəlincə, biz heç vaxt vasitəçilərdən belə açıq yanaşma və ya bəyanat eşitməmişik. Onların yanaşması belə idi ki, siz razılaşmalısınız. İctimaiyyət qarşısında yanaşma bu idi. Bizim bəzən qapalı danışıqlar zamanı aldığımız mesajlar ondan ibarət idi ki, bu, reallıqdır və hər bir ölkə öz reallığını nəzərə almalıdır. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə soruşanda isə heç bir cavab yox idi, ərazi bütövlüyü barədə heç bir cavab yox idi, Helsinki yekun aktı barədə heç bir cavab yox idi".
Bütün bunlar bir daha onu göstərir ki, beynəlxalq hüququn tətbiqində ikili yanaşmalar var.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ