Xəbər verdiyimiz kimi, Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verdiyini açıqladı.
Musavat.com-un məlumatına görə, bundan sonra diqqətlər prezident Ərdoğanın istefanı qəbul edib-etməyəcəyinə yönəldi. Türkiyənin Ensonahber.com saytının əldə etdiyi məlumatlara görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.