İlham Əliyevdən FƏRMAN: Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edildi
Tarix: 29-11-2022, 10:56
Baxılıb: 295
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyevdən FƏRMAN: Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edildi

29-11-2022, 10:56

Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliklə "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu"nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı
Strateji planlaşdırma və monitorinq baş idarəsi
Qanunvericilik baş idarəsi
Ədliyyə sahəsində xidmətlər baş idarəsi
İcra baş idarəsi
Probasiya xidməti (baş idarə səlahiyyətli)
Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)
İnsan resursları baş idarəsi
Beynəlxalq əməkdaşlıq idarəsi
İnsan hüquqları və kommunikasiya idarəsi
İstintaq idarəsi
Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)
İnformasiya texnologiyaları və innovasiyalar idarəsi
Katiblik (idarə səlahiyyətli)
Maliyyə və təminat idarəsi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ