Bu il Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlanıb
Tarix: 28-11-2022, 12:23
Baxılıb: 256
Google+ Paylaş
Tumblr Paylaş

Bu il Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlanıb

28-11-2022, 12:23

2022-ci ilin 10 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9564 cinayət faktı aşkarlanıb
Musavat.com xəbər verir ki, bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda öz əksini tapıb.
Bildirilib ki, onlardan 3181-i narkotik vasitələrin qanunsuz satışı, 5902-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 393-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 88-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 062 kq 984,171 qr və 32918 həb narkotik vasitələrin və 2514 ədəd psixotrop maddələrin 2 ton 013 kq 364,252 qr-nı heroin, 1 ton 858 kq 236,599 qr-nı marixuana, 280 kq 269,535 qr-nı tiryək, 28 kq 010,544 qr-nı həşiş, 260,95 qr-nı kokain, 143 kq 153,193 qr-nı və 32918 ədəd həb digər narkotik vasitələr və 739 kq 689,098 qr və 2514 ədəd psixotrop maddə təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1 kq 808,8 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 80096 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ