Messi bu gün keçiriləcək oyuna... - Baş məşqçi
Tarix: 26-11-2022, 12:18
Baxılıb: 255
Google+ Paylaş
Tumblr Paylaş

Messi bu gün keçiriləcək oyuna... - Baş məşqçi

26-11-2022, 12:18

Argentina yığmasının hücumçusu və komandanın kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunun Meksika ilə keçiriləcək oyununa hazırlaşır.
Publika.az xəbər verir ki, bunu Argentina yığmasının baş məşqçisi Lionel Skaloni deyib.
"Messidə hər şey qaydasındadır", - deyə Skaloni bildirib.
Xatırladak ki, Argentina-Meksika görüşü noyabrın 26-da baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
36 yaşlı argentinalı qarşıdakı matçda iştirak etsə, dünya çempionatlarında keçirdiyi görüşlərin sayına görə əfsanəvi argentinalı futbolçu Dieqo Maradonaya bərabər olacaq. Hazırda Maradonanın aktivində Argentina millisinin heyətində dünya çempionatında keçirdiyi 21 oyunu var.
Qeyd edək ki, bundan əvvəl Messinin DÇ-2022-nin Meksika ilə oyunundan əvvəl fərdi məşq etdiyi bildirilirdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ