Türkiyənin daxili işlər naziri istefa verdi
Tarix: 12-04-2020, 22:58
Baxılıb: 593
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyənin daxili işlər naziri istefa verdi

12-04-2020, 22:58

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verib. 
Qeyd edək ki, O, Türkiyədə 31 əyalətdə 2 günlük küçəyə çıxmamaq qərarına görə sərt tənqid edilirdi. Soylu istefasını bununla əlaqələndirib.
Musavat.com-un məlumatına görə S.Soylu bu barədə açıqlama verərək deyib: "Həssaslıqla və əzmlə yürüdülən bu müddətdə tamamən virusun önlənməsi üçün həftə sonu küçəyə cıxma yazağının məsuliyyəti şəxsimə aiddir. Başlanğıcda ortaya çıxan görüntülər mükəmməl yönədilən bu sürəcə uyğun gəlmədi. Məsuliyyəti üzərimdə olan bu hadisə yaşadığım onca təcrübəyə əsasən belə görüntülərə yol açmamalı idi. Bu, salğının yayılmasını bir az da olsa dayandırmaq üçün atılan xoş niyyətli addım idi".
Qeyd edək ki, Ərdoğanın istefanı qəbul edib-etməyəcəyi hələ bəlli deyil.
***
Süleyman Soylu kimdir?
Süleyman Soylu 21 noyabr 1969-cu ildə İstanbulda doğulub. Siyasətçi və Türkiyə Daxili İşlər Naziridir. 2015-2016-cı illər arasında Əmək və Sosial Müdafiə Naziri olub. Ədalət və İnkişaf Partiyasına qatılmadan əvvəl 2008-2009-cu illərdə Demokrat Partiyasının sədri olmuşdu. İlk dəfə 2015-ci ilin iyununda Parlament seçkilərində deputatlığa namizəd olub, Trabzon millət vəkili olaraq məclisə qatılıb. 31 avqust 2016-cı ildə Əfqan Alanın istefasından sonra Daxili İşlər Naziri olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ