"Heç kimin razılığını almırıq” - Ərdoğan
Tarix: 26-11-2022, 10:17
Baxılıb: 278
Google+ Paylaş
Tumblr Paylaş

"Heç kimin razılığını almırıq” - Ərdoğan

26-11-2022, 10:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Milgem” layihəsi çərçivəsində Pakistan üçün inşa edilən üçüncü dəniz patrul gəmisinin suya buraxılması mərasiminə qatılıb.
Publika.az xəbər verir ki, terrorla mübarizə ilə bağlı açıq mesajlar verən Ərdoğan, hər cür terrorla mübarizənin sərhədlər daxilində və xaricində davam edəcəyini bəyan edib.
“Terrorçuları silahla təmin edənlər bizə dərs keçə bilməz. Türkiyəni müdafiə sənayesi sahəsində dünya liderlərindən birinə çevirənədək dayanmayacağıq, mübarizəmizi davam etdirəcəyik”, - deyə Ərdoğan qeyd edib.
O qeyd edib ki, Türkiyə son illərdə əldə etdiyi irəliləyişlərlə bölgəsində mühüm qlobal aktora çevrilib.
“Biz heç kimin razılığını almırıq”, - deyə dövlət başçısı vurğulayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ