“Vaqner”dən qandonduran əməl - Əmrə tabe olmayan 19 əsgəri..
Tarix: 26-11-2022, 09:52
Baxılıb: 331
Google+ Paylaş
Tumblr Paylaş

“Vaqner”dən qandonduran əməl - Əmrə tabe olmayan 19 əsgəri..

26-11-2022, 09:52

Kanal Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən bildirir ki, “Vaqner” öz sıralarını gücləndirmək üçün Biloqorivkaya 109 çağırışçı gətiriblər:
“Onlara bir saat ərzində meşə zolağının tutulması əmri verildi. Amma çağırışçılar “vaqnerçilər”in bu əmrini yerinə yetirməkdən boyun qaçıraraq, döyüşə girməkdən imtina ediblər”.
“Vaqner” komandirləri dərhal dörd etiraz edən əsgəri vuraraq digərlərini döyüşə getməyə məcbur ediblər. 105 nəfərdən yalnız 18-i hücumdan salamat qayıdıb. Qayıdanlardan üçü isə növbəti gün ölüb.
“Elə həmin gecə “vaqnerçilər” onların qayıdışı şərəfinə “əyləncə” təşkil ediblər, sıyıqlarına narkotik qataraq, bundan sonra onlara qarşı zorakılıq nümayiş etdiriblər. “Vaqnerçilər” daha 15 nəfəri soyuqqanlılıqla öldürərək, qalanlarını sağ buraxıblar”, - məlumatda deyilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ