loading...

Nurlana Əliyevadan Milli Qəhramana qarşı hörmətsizlik- YAP rəsmisi olan rektor Məhəmməd Həsənovu universitetə buraxdırmadı

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov Bakı Slavyan Universitetində xoşagəlməz mənzərə ilə rastlaşıb. Belə ki, Milli Qəhrəman universitet rəhbərliyinin göstərişi ilə içəri buraxılmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Məhəmməd Həsənov özü Modern.az saytına məlumat verib.
O bildirib ki, xoş niyyətlə Bakı Slavyan Universitetinə gedibmiş.
Meheçmmed hesenov
“Neçə illərdir ki, Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləyirəm. İstədim ki, universitetə gəlib uşaqlar üçün maraqlı nümunələr götürüm. Ona görə də vaxtilə təhsil aldığım universitetə baş çəkmək qərarına gəldim. İndiki Bakı Slavyan Universitetinə yollandım. Amma universitetə ayaq basan kimi xoşagəlməz mənzərə ilə rastlaşdım. Mühafizə xidməti universitet rəhbərliyinə məlumat versə də, məni içəri buraxmadılar.
”Qəbul etməyin, çıxıb getsin” dedilər. Bu mənzərə mənə o qədər pis təsir etdi ki! Bilə-bilə ki, Milli Qəhrəmanam, bu universtitetin məzunu olmuşam, mənimlə insafsızcasına rəftar etdilər”.
Məhəmməd Həsənov universitetlə bağlı təhsil naziri Mikayıl Cabbarova şikayət edəcəyini istina etməyib.
“Bir neçə il bundan qabaq universitet tərəfindən bir kitab nəşr olunmuşdu. Kitabın bir hissəsi mənim Milli Qəhrəmanlığımdan bəhs edir. O kitabı gətirib özlərinə qaytaracam. Bir universitet ki, öz Milli Qəhrəmanına bu cür hörmət edir, ona nə deyə bilərəm ki!. Amma bu məsələni bu cür də qoymayacam. Dəfələrlə təhsil naziri Mikayıl Cabbarovla görüşümüz olub. Məhz bu cür kobud münasibətə görə, universitetlə bağlı Mikayıl Cabbarova şikayət edəcəm”.
Gununsesi.info olaraq xatırladırıq ki, BSU-nun yeni rektoru Nurlana Əliyeva həm də hakim Yeni Azərbaycan Partiyasının (YAP) ən üst qurumu olan İdarə Heyətinin üzvü, eləcədə Qadınlar Şurasının sədridir. O, eyni zamanda, YAP-ın və parlamentin ən tanınmış simalarından olan komitə sədri Hadi Rəcəblinin qudasıdır.
Gununsesi.infoNurlana Əliyevadan Milli Qəhramana qarşı hörmətsizlik- YAP rəsmisi olan rektor Məhəmməd Həsənovu universitetə buraxdırmadıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər