Baş nazirlə XİN rəhbəri arasında QALMAQAL - Bu ölkənin maraqları zərbə altındadır
Tarix: 20-11-2022, 11:48
Baxılıb: 349
Google+ Paylaş
Tumblr Paylaş

Baş nazirlə XİN rəhbəri arasında QALMAQAL - Bu ölkənin maraqları zərbə altındadır

20-11-2022, 11:48

Mitsotakis-Dendias ixtilafı Yunanıstanın maraqlarına zidd nəticələrə gətirib çıxarır

Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin xarici işlər naziri Nikos Dendias ilə yaxşı münasibətdə olmadığı iddiası Tripoli hava limanında yaşanan diplomatik böhranla bir daha gündəmə gəlib.
Musavat.com-un xəbərinə görə, ana müxalifətdəki Radikal Sol Koalisiya (SYRIZA) partiyası bildirir ki, Tripolidəki böhran baş nazir Mitsotakis ilə xarici işlər naziri Dendias arasında koordinasiyanın olmadığını açıq şəkildə nümayiş etdirir.
"Mitsotakis oktyabrın 24-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışaraq, Vaşinqtondan Liviya Milli Birlik hökumətini Afina ilə Tripoli arasında 2010-cu ildə kəsilən dəniz yurisdiksiyası ərazilərinin müəyyən edilməsinə dair danışıqlara razı salmasını istəyib. Lakin Mitsotakis və Dendias arasında əlaqənin olmaması Yunanıstanın maraqlarına zidd nəticələrə gətirib çıxarır”, - SYRIZA-nın bəyanatında deyilir.
Tripoli hava limanında onu gözləyən liviyalı həmkarı Necla Manquşla görüşməmək və birlikdə şəkil çəkdirməmək üçün təyyarədən enməkdən imtina edən, bununla da diplomatik böhrana səbəb olan Dendias "Ta Nea" qəzetinə açıqlamasında bildirib:
“Başqa ölkələr Tripolidə hökumət rəsmiləri ilə görüşür, çünki onların Türkiyə-Liviya razılaşması kimi problemləri yoxdur. Biz Şərqi Liviya ilə güclü əlaqələrimizi davam etdirəcəyik".
Qeyd edək ki, Mitsotakis-Dendias münasibətlərinin Afinada yenidən gündəmə gəlməsinin səbəbi təkcə Tripolidəki diplomatik böhran deyil.
Ötən ilin avqust ayında başlayan "telefon qalmaqalı"nda Dendias da daxil olmaqla 33 nəfərin telefon danışıqlarının İsrailin "Predator" casus proqramı vasitəsilə dinlənildiyi iddia edilmişdi. Bu səbəbdən Mitsotakis və Dendias arasında münasibətlərin yaxşı olmadığı deyilir.
Bundan başqa, Yunanıstan Milli Kəşfiyyat Təşkilatının rəhbəri Panagiotis Kontoleonun, Panhellenik Sosialist Hərəkatının lideri Nikos Androulakis və CNN Yunanıstanın iqtisadiyyat müxbiri Tanasis Koukakisin telefonlarının dinlənildiyi bildirilirdi.
Bu iddialara cavab verməli olan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis: “Mən nə baş verdiyindən xəbərsiz idim. Bilsəydim, heç vaxt icazə verməzdim” - demişdi.
Baş nazirin bu açıqlaması müxalifətin sərt tənqidinə səbəb olmuşdu.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ