loading...

Daha iki '' JURNALIST'' həbs edildi

Son vaxtlar bəzi jurnalistlərin həbsi, onların hüquq-mühafizə orqanlarına aparılaraq dindirilməsi və s. hallarının artması müşahidə edilməkdədir.
Dünyada demokratik prinsiplər inkişaf etdikcə Azərbaycanda mövcud ənənlərdən imtina prosesi müşahidə olunur. Bu ənənələrdən biri də jurnalistlərə münasibətdir ki, ötən əsrin əvvəllərində az qala bütün dünyaya örnək ola biləcək jurnalist-məmur münasibətindən artıq əsər-əlamət qalmayıb.
9 yanvar 2017-ci il səhər saat 11;15 radələrində "Kanal 13 TV"-nin əməkdaşları jurnalist Teymur Kərimov və onunla birgə operator Alış Abdullayev Nazirlər Kabinetinin qarşısında şikayyətçi vətəndaşların keçirtmək istədikləri aksiyanı işıqlandırmağa gedərkən yolda aksiya yerinə çatmamış polis əməkdaşları tərəfdən tutularaq Səbail rayon 9-cu Polis bölməsinə aparılmış və 3 saat həmin idarədə saxlanılaraq dindiriliblər.
İki jurnalist saxlanılıb, sonra buraxılıb

Səbəbsiz yerə saxlanan "Kanal 13 TV" -nin əməkdaşlarına həmin idarədə bildirmişlər ki, birdə buralarda çəkiliş etsəniz başınızı ağradacağıq. Jurnalist Teymur Kərimov "Reportyor.org saytına bildirir ki, bizdən izahatlarımızı alandan sonra bizi sərbəst buraxdılar.

Xatırladım ki, 3 gün bundan öncə də Prezident Aparatının qarşısında aksiya 3 jurnalist "KANAL 13 əməkdaşı jurnalist Teymur Kərimov, Reportyor.org saytının əməkdaşı jurnalist Arifə Əliyeva, "Real Media Şirkətlər Qrupunun Prezidenti "Realnewsinfo.com" saytının Təsisçisi və Baş Redaktoru Araşdırmaçı Jurnalist Emin Ramazanov Prezident Aparatının Muhafizə xidmətinin əməkdaşları tərəfindən saxlanaraq idarəyə aparıldı. Biz jurnalistlər aksiyanı çəkiliş etsəkdə, kameralarımız əlimizdən alınaraq bütün çəkilişlərin silinməsini bildirdilər. Nə etmək olar istədiylərinə nail ola bildilər çəkilişlərimiz silindi. Hələ bu azmış kimi öz şəxsi mobil telefonlarımızıda yoxladılar. Bütünlüklə çantalarımızı da bizə boşaltdırıb yoxlatdılar. Bildirdik ki, bunu bizə qarşı etməkdə səbəb nədir? Cavab verildi ki, xüsusi tapşırıqdır olmaz çəkiliş aparmaq.
İndi jurnalistlər az qala cəmiyyətdə arzuolunmaz bir zümrəyə çevrilib. Bunu ona görə deyirəm ki, cəmiyyətdə jurnalistlərə münasibət tamamilə mənfi istiqamətdə dəyişib. Təsəvvür edirsinizmi cəmiyyətin aynası, dördüncü hakimiyyət olan jurnalislərə münasibət hansı səviyyədədir.
Sonda onu demək istəyirəm ki, jurnalistlərin cəmiyyətdəki hörmətini, bu peşənin şərəf və şöhrətini yalnız biz özümüz qaytara bilərik. Çünki nə dövlət məmurları, nə də digər qurumlar jurnalistlərin cəmiyyətdə rolunun artmasında maraqlı deyillər.

“Heç kəsin, jurnalistə araşdırma apararkən mane olmaq hüququ yoxdur. Əksinə, məmurlar jurnalistlərə vəzifələrini icra etməyə kömək etməlidirlər”. “Mən hesab edirəm ki, heç bir insana qarşı güc tətbiq etmək olmaz. “Polis Haqqında” qanun var və orada dəqiq göstərilib, hansı hallarda güc tətbiq etmək olar. Qalan bütün hallarda zorakılığın tətbiqi yolverilməzdir”
Kütləvi İnformasiya Vasitələri Haqqında Azərbaycan Respublikasının Qanunu (ÇIXARIŞ) Qəbul edilmişdir:

Bu qanun Azərbaycan Respublikasında Kütləvi İnformasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəqliyyətinin təşkilatı,hüquq və iqtisadi əsaslarını müəyyən edir.
P.S Siyasi Dövlət Xadimi Ulu Öndər Heydər Əliyev demişdir..."Mənə aşkar olan sirrləri və görmədiyimiz nöqsanları açıqlayan hər bir jurnalistə minnətdaram".
Reportyor.orgDaha iki  '' JURNALIST''  həbs edildiDaha iki  '' JURNALIST''  həbs edildiБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər