Sərhəddən yarım milyonluq şampan keçirmək istəyən qadın saxlanıldı
Tarix: 18-11-2022, 16:36
Baxılıb: 269
Google+ Paylaş
Tumblr Paylaş

Sərhəddən yarım milyonluq şampan keçirmək istəyən qadın saxlanıldı

18-11-2022, 16:36

Rusiyalı qadın Türkiyədən qanunsuz olaraq 520 milyon rubl dəyərində şampanı sərhəddən keçirmək istəyib. O, Şeremetyevo Beynəlxalq Hava Limanında gömrükçülər tərəfindən saxlanılıb.
reportyor.org lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə hava limanının gömrük idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gömrükçülər baqaja baxış zamanı Dalaman-Moskva reysi ilə uçan 38 yaşlı sərnişindən “Louis Roederer Champagne Cristal” adlı on şüşə elit şampan aşkar ediblər. Malların ümumi dəyəri yarım milyon rubldan çoxdur.
Sərnişin Rusiya Cinayət Məcəlləsinin “Gömrük İttifaqının gömrük sərhədindən alkoqollu məhsulların külli miqdarda qanunsuz keçirilməsi” maddəsi ilə məsuliyyətə cəlb olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ