loading...

Həsən Miratın "DEPUTATLAR" adlı şeiri izlənmə rekordu qırır

Həsən Miratın "DEPUTATLAR" adlı şeiri izlənmə rekordu qırır
[video=]

Həsən Mirat adlı gəncin sosial şəbəkədə paylaşdığı video izlənməqekordu qırır. O öz facebook səhifəsində səsləndirdiyi "DEPUTATLAR" şeiri artıq demək olar ki , bütün facebook izləyicilərinin marağına səbəb olub . Həsən Mirat şeirində aztəminatlı deputatlar verilən evlərdən ona verilməsini millət vəkillilərindən tələb edib.
Duydum ki, "alıbdır təzə ev pay deputatlar"
Sizdən yana şad oldum o gün ay deputatlar

Allaha şükür bir eviniz oldu sizin də,
Artıq gəminiz batmayacaq qəm dənizində,
İşgəncədir evsiz yaşamaq çün yer üzündə,
Evsiz yaşayan biz nə edək, vay, deputatlar?

Ey milli vəkil, milli xanım, milli qaqaşlar,
Biz heç, ayağıq ağramasın siz kimi başlar,
Lap çox demirəm, artsa əgər cüzi maaşlar,
Bir dərdiniz olmazdı sizin day deputatlar

Ey millət üçün ağlayıb axır kor olanlar,
Ey xalqına gün ağlayıb ağır yorulanlar,
Əfsus aranızda doludur şahmar ilanlar,
Gic-gic danışıb, xalqı çalan zay deputatlar

Əhsən belə bir dövlətə etmiş sizə yardım,
Bir siz də edin kimsəsizə, acizə yardım,
Siz etsəniz, üç körpəli bir evsizə yardım,
Heç kim sizə olmaz deyərəm tay deputatlar

Hər fəsli-xəzan dam damacaq güclü yağışda,
Hər il də cəhənnəm görərik buz kimi qışda,
Pollar açılıb, biz də siçanlarla vuruşda,
Sancar bizi əqrəb elə hər yay deputatlar

Mirat, deyirəm əldə edim mən necə bir ev?
Fikrimdə tikib qurtarıram hər gecə bir ev,
Çox şey demirəm, istəyirəm sadəcə bir ev,
Fəryadıma yəqin ki verər hay deputatlar.

Həsən Mirat
07.01.2017Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər