loading...

Şəhidimizin nəşini geri alacağıq, danışıqlar gedir` - Deputat

"Şəhid əsgərimizin nəşinin qaytarılmaması ermənilərin beynəlxalq hüquq və normalara əməl etmədiyini göstərir. Belə məqamlar onların özbaşınalğını və həyasızlığını nümayiş etdirir”.

Bunu deputat Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, ermənilərə havadarlıq edən beynəlxalq təşkilatlar bu quldurların hərəkətlərinə baxıb qiymət verməlidir:

"Yaxın tariximizə nəzər salsaq görərik ki, ermənilər bir neçə dəfə belə hərəkət ediblər. Milli Qəhrəmnımız Mübariz İbrahimovun da nəşini vermək istəmirdilər. Həmçinin aprel döyüşlərində belə hallar oldu. Düşmən həmişə bu məsələdə özünün murdarlığını nümayiş etdirib”.

Milli Məclisin üzvü qeyd edib ki, şəhid əsgərimizin nəşinin geri qaytarılması üçün ən yüksək səviyyədə danışıqlar gedir: "Dövlət səviyyəsində şəhid əsgərimizin nəşinin geri alınması istiqamətində ən yüksək səviyyədə danışıqlar aparılır. Sözsüz ki, biz əsgərimizin nəşini onlardan alacağıq”.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu erməni təxribatının qarşısını alarkən şəhid olub. Onun meyiti düşmən nəzarətindəki ərazidə qalıb.

Meyitin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib.
Şəhidimizin nəşini geri alacağıq, danışıqlar gedir` - DeputatБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər