Moskva xəstəxanaları doldu: xəstələr həyətdə qaldı - Foto
Tarix: 12-04-2020, 02:09
Baxılıb: 8 560
Google+ Paylaş
Tumblr Paylaş

Moskva xəstəxanaları doldu: xəstələr həyətdə qaldı - Foto

12-04-2020, 02:09

Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb.
reportyor.org Modern.az-a istinadla xəbər verir ki, Rusiya paytaxtında artıq xəstəxanalar koronavirusa yoluxan xəstələri qəbul edə bilmir.
Bu gün sosial şəbəkə istifadəçilərinin yaydığı fotolardan görünür ki, Moskva vilayətindəki bir neçə xəstəxana yaxınlığında onlarla təcili yardım maşını gətirdikləri xəstənin qəbulu üçün növbə gözləyir.
Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, təcili yardım maşınlarının növbəsi daha çox Moskva yaxınlığındakı 3, 52, 68 və 119 saylı xəstəxanaların qarşısında müşahidə edilib.
Rusiyanın rəsmi mənbələri təcili yardım avtomobillərinin tıxacının şəhərdəki çətin epidemioloji vəziyyətlə bağlı olduğunu RİA-ya təsdiqləyiblər.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 13 584 nəfərə çatıb. Onlardan 8552 nəfəri Moskvada yaşayır.
Bu gün Moskvada 14 nəfər koronavirusdan ölüb.






Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ