loading...

Azərbaycanda görünməmiş aksiya '' Vətəndaşlar özlərini zəncirlədi''

Şikayətçi olan bir qrup vətəndaş bu gün Bakıda etiraz aksiyası keçiriblər.

Reportyor.org xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının yanındakı parka toplaşan şikayətçilər əllərini zəncirlə bağlayaraq, hüquqlarının bərpa olunmasını tələb ediblər. Qollarını bir-birinə zəncirləyən etirazçılar təzyiqlərə məruz qaldıqlarını, insan və mülkiyyət hüquqlarının pozulduğunu, ailə üzvlərinin şərlənərək həbs edildiyini iddia ediblər.

Narazı vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün etiraz aksiyası keçirdiklərini bildiriblər. “Bizcə, bütün bu faktlar ölkə başçısından gizlədilir. Biz ona məlumatın verilməsi üçün aksiya keçiririk. Dəfələrlə bu barədə hüquq mühafizə orqanlarına müraciət etsək də, müraciətimiz nəticəsiz qalıb. Ümid edirik ki, qanunu tapdalayan vəzifəli şəxslər və onların himayədarları məsuliyyətə cəlb olunacaq, biz vətəndaşların isə pozulmuş hüquqları bərpa olunacaq” deyə şikayyətçilər bildirdilər. Bu baxımdan çıxış yolunun Prezident Aparatına müraciət etməkdə gördüklərini deyən Şikayətçilər daha sonra Prezident Aparatının qarşısına yürüş etdilər

[video=http://]Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər