İqtisadçı: "Böyük Qayıdış proqramı üçün ciddi resurslarımız var"
Tarix: 17-11-2022, 23:12
Baxılıb: 346
Google+ Paylaş
Tumblr Paylaş

İqtisadçı: "Böyük Qayıdış proqramı üçün ciddi resurslarımız var"

17-11-2022, 23:12

"Böyük Qayıdış kifayət qədər əhatəli proqramdır. Strukturlara baxsaq, ciddi hədəflərin olduğunu görərik: infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf ətraf mühitin inkişafı".
Bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov Musavat.com- a "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirləri şərh edərkən bildirib. İqtisadçı qeyd edib ki, "Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlər"də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı 2 məqsəd təsbit olunub: əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası:
"Bu iki məqsəd üzərindən 15 məqsəd kateqoriyası ayrılaraq Dövlət Proqramında əks olunub. Risklər və neytrallaşma tədbirləri ilə bağlı məqamlara toxunulması diqqətçəkəndir. Minalardan təmizlənmə müddəti, idarəetmədə çətinliklər, maliyyə və iqtisadi risklər də proqramda əksini tapıb. Tədbirlər planı proqramın ən vacib hissələrindən biridir, yəni proqramın icrası ilə bağlı hansı tədbirlər həyata keçiriləcək? Təxminən 276 tədbir görülməlidir ki, 6 fəaliyyət istiqamətini əhatə edir. Bu, bir yaxud iki ilin işi deyil. Fəaliyyət istiqamətlərinə nəzər yetirsək görərik ki, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi müdafiə və təhlükəsizliklə bağlıdır. Tikinti, infrastrukturun təmini istiqamətində şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin salınması nəzərdə tutulur. Prioritet istiqamətlərdən biri əhalinin qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılmasıdır. Ərazilərin inkişafı və iqtisadi reinteqrasiyasınq bağlı istiqamət infrastrukturun qurulması, enerji təchizatı və s. məsələləri əhatə edir. 5-ci istiqamət iqtisadiyyatın yerli və xarici dəyər zəncirinə inteqrasiyası, 6- cı istiqamət isə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Tədbirlərin uğurla həyata keçirilməsi üçün resurslarımız var. Eyni zamanda proqramın icrası üçün sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Yeri gəlmişkən, əsas maliyyə mənbəyi Dövlət Neft Fondudur. Proqramda DNF və dövlət büdcəsi ayrı-ayrı göstərilib, lakin dövlət büdcəsinə fonddan 10 milyarddan çox transfer reallaşdırılır. Azərbaycan Biznesinin İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, yerli və xarici investisiyalardan proqramın icrasında mənbə kimi istifadə etmək planlaşdırılır. Hazırda tədbirlər real olaraq daha çox dövlət büdcəsindən ayrılan təxminən 2,2 milyard hesabına gerçəkləşməkdədir".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ