And-aman edir ki, nalayiq mesaj göndərməyib – Prezident
Tarix: 17-11-2022, 14:15
Baxılıb: 352
Google+ Paylaş
Tumblr Paylaş

And-aman edir ki, nalayiq mesaj göndərməyib – Prezident

17-11-2022, 14:15

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre özünə qarşı yönəlmiş ittihamlara cavab verib.
reportyor.org xəbər verir ki, “So Foot”un araşdırmalarında iddia olunurdu FFF-də təqib və seksizm mədəniyyəti mövcuddur. Xüsusilə də təşkilatın rəhbəri Noel Le Qre işçilərə nalayiq mesajlar göndərib, həmkarları ilə qadınların döşlərini müzakirə edib.
Adının açıqlanmasını istəməyən federasiyanın keçmiş işçiləri prezidentin qeyri-adekvat davranışı, eləcə də birbaşa təqibləri ilə bağlı danışıblar.
Le Qre ittihamlara belə cavab verib:
“Xeyr, mən heç vaxt nalayiq mesajlar göndərməmişəm. Hətta onları necə yazacağımı da bilmirəm. Məndən heç bir mesaj getməyib”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ