Xəstə çağırışına gələn təcili yardım maşını palçığa batdı - Traktor gəlib çıxardı - VİDEO
Tarix: 17-11-2022, 14:15
Baxılıb: 424
Google+ Paylaş
Tumblr Paylaş

Xəstə çağırışına gələn təcili yardım maşını palçığa batdı - Traktor gəlib çıxardı - VİDEO

17-11-2022, 14:15

Bakıda Qaradağ rayonu ərazisində acınacaqlı yollar vətəndaşların həyatını təhlükəyə atıb. Belə ki, Ələt qəsəbəsindəki Füzuli küçəsində yaşayan sakinlər evlərinə təcili tibbi yardım çağırarkən istəklərinə çata bilmirlər.
reportyor.org xəbər verir ki, BAKU.WS-in "qaynar xətt"inə daxil olan görüntülərdən məlum olur ki, adıçəkilən ərazidə palçıqlı və keçilməz yolların olması təcili yardım maşının çağırış edilən mənzilə gedib çatmasına imkan verməyib.
Dünən axşam saatlarında baş verən hadisə zamanı palçıqda batıb qalan təcili tibbi yardım maşınını traktor oradan çıxara bilib.
Mənzilin təcili yardım gözləyən vətəndaşa isə öz başının çarəsinə baxmaq qalıb.
21-ci əsrdə belə bir yolların olması və vətəndaşların acınacaqlı durumla üzləşməsi Qaradağ rayonundakı rəhbər və məsul şəxslərin nəyə və hara baxması barədə suallar yaradır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ