loading...

Laçında məktəb direktorundan rüsvayçılıq - Foto fakt

Laçın rayon 37 saylı orta məktəbin direktoru özünü rüsvay edib. Səxavət Məmmədov Feysbuk səhifəsində qısa bir təbrik statusunda biabırçı orfoqrafik səhvlər buraxıb.

Məktəb direktorunun həmin statusunun skrinşotunu təqdim etməzdən əvvəl xəbər verir ki, S.Məmmədov atasının doğum gününü təbrik edib.

Statusda isə bir sözün orfoqrafik səhv buraxılmadan yazılmasını görmək mümkün deyil. Təhsil naziri Mikayıl Cabbarov iki cümləni qura bilməyən şəxsin məktəb direktoru təyin olunmasına necə göz yumub?

Onu direktorların müsabiqəsində kimlər yoxlayıb? Laçın Təhsil şöbəsinin sabiq müdiri, hazırda Tərtər Regional Təhsil İdarəsinin müdiri Malik Vəliyev savadlı bir kadr tapa bilməyibmi? Bu sualların cavabı var və ona da rəsmilər münasibət bildirməlidir.

Belə bir savadsız cümlələr yazan direktorun rəhbərlik etdiyi məktəbdə tədrisin səviyyəsi də şübhə altındadır. Təhsil Nazirliyi direktorun fəaliyyətini və bilik səviyyəsini yenidən yoxlamalıdır. Laçından redaksiyamıza yazan bir qrup valideyn də məktəbdə təhsilin səviyyəsindən narazıdır. Onların sözlərinə görə, S.Məmmədov 37 saylı məktəbə dükan kimi baxır və onun pedaqoji təcrübəsi sıfırın altındadır.

Laçında məktəb direktorundan rüsvayçılıq - Foto faktLaçınlılar qeyd edirlər ki, bilik səviyyəsi aşağı olan direktorun məktəbinə övladlarını etibar etmək istəmirlər. Ümumiyyətlə, M.Vəliyev bu regionun təhsilini orta əsrlər dövrünə qaytarıb.

Onun təhsil şpbəsi müdiri, indi də regional mərkəzin rəhbəri olduğu dönəmdə Laçın təhsili inkişaf etməyib.

İllik nəticələr və göstəricilər, Dövlət İmtahan Mərkəzinin (TQDK)açıqladığı statistika ilə tanışlıq kifayət edir ki, bu regionun təhsilini kimlərin ağlar günə qoyduğunu təsəvvür edəsən.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər