Çin lideri ilə Kanadanın baş naziri arasında qovğa: Danışıqları kim sızdırıb?
Tarix: 17-11-2022, 13:52
Baxılıb: 243
Google+ Paylaş
Tumblr Paylaş

Çin lideri ilə Kanadanın baş naziri arasında qovğa: Danışıqları kim sızdırıb?

17-11-2022, 13:52

Kanada və Çin arasında siyasi böhran yenidən gərginləşib.
reportyor.org xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo və Çin lideri Si Cinpin son üç ildə ilk dəfə G20 Sammitində görüşüblər. Buna baxmyaraq, liderlərin görüşü gərgin şəraitdə keçib.
Çin liderini əsəbləşdirən isə Trüdo ilə aralarındakı dialoq deyil, onların ikilikdə danışdıqlarının Kanada mətbuatına sızdırılması olub. Çin rəhbəri kanadalı həmkarının addımını "siyasi tərbiyəsizlik" adlandırıb.
Castin Trüdo isə Si Cinpinə cavab olaraq bildirib ki, "öncə açıq dialoqa hazır olmalıyıq". Si Cinpin isə sammit çərçivəsində kanadalı həmkarı ilə təkrar ayaqüstü görüşüb və "öncə şərtlər!" cavabını verib.
Çin liderinin bununla, gizli görüşün detallarının mətbuata sızdırılmasına eyham vurduğu ehtimal edilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ