loading...

"Güllələr birindən digərinə keçib" - Terrorla bağlı DƏHŞƏTLİ detallar

Yeni il gecəsi Türkiyədə terrora qurban gedən 39 nəfərin ilk ekspertizalarInını detalları açıqlanıb.

Reportyor.org "Güllələr birindən digərinə keçib" - Terrorla bağlı DƏHŞƏTLİ detallar türk mediasına istinadən xəbər verir ki, ekspertizanın açıqlamaları zamanı qandonduran faktlar üzə çıxıb. Qeydlərə görə, bəzi qurbanlar yaxın məsafədən vurulub. Bəzi güllələr da bir qurbandan çıxaraq digərinə dəyib.

İstanbulda Reinaya edilən terror hücumunda həyatını itirən 39 nəfərdən 15 -inin cənazəsi ailələrinə təhvil verilib. Aparılan ekspertizaların rəyinə görə, ölümlərin hamısı odlu silahdan açılmış xəsarətdən baş verib. Dənizə atdıqları üçün boğulma və ya digər səbəblərdən baş vermiş ölüm hadisəsi yoxdur. Güllələr 7.62 miqyasında avtomatik bir silahdan açılıb. Bəzi güllələr bir qurbandan çıxaraq digərinə sancılıb. Cəsədlərdə birdən çox güllə yarası var. Ölənlərin çoxu da elə hadisə yerindəcə həyatını itirib.

Meyitin yarılması zamanı aşkar olub ki, qurbanlar çox çox yaxın məsafədən vurulub. Başına az qala güllə dayayaraq vurulan bəzi meyitlər də var. Döş və baş hissəsindən vurulanlarla yanaşı belindən də vurulan cəsədlər var.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər