Xırdalanda yaşayış binasında GÜCLÜ PARTLAYIŞ: yaralılar var - FOTO/YENİLƏNDİ
Tarix: 16-11-2022, 22:43
Baxılıb: 1 076
Google+ Paylaş
Tumblr Paylaş

Xırdalanda yaşayış binasında GÜCLÜ PARTLAYIŞ: yaralılar var - FOTO/YENİLƏNDİ

16-11-2022, 22:43

Xırdalanda yaşayış binasında partlayış zamanı 3 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ