loading...

Samir Şərifova “əcəl zəngi”: Abıyevin nazir haqda MTN açıqlamasının - Gizlinləri

Maliyyə naziri Samir Şərifov üçün “əcəl zəngi” çalınır. Bu “zəng”in qulaq batıran səsləri eşidilməkdədir. İqtidarın ən yuxarı eşelonunda “qələmi qırılan” nazir üçün çox ağır bir sınaq dövrü başlanır.

Anaxeber.Az-ın Analitik Mərkəzinin təhlilinə görə, Samir Şərifov isə 2017-ci ilin testindən qurtuluş yolunu sistemdən üzülüşməkdə görür.
Onun istefa ərizəsini şəxsi kabinetindəki siyirtmədə saxladığı istisna edilmir. Amma mafiya qaydalarında olduğu kimi mövcud iqtidarın siyasətində də könüllü şəkildə komandanı tərk etmək ənənəsi yoxdur. Maliyyə naziri istəsə belə vəzifəsindən getmək barədə özü qərar verə bilməz.
Bunun bədəli o dərəcədə ağır olar ki, ANS-in bağlanmasından tutmuş Əli İnsanovun həbsinə qədər bütün tarixi hadisələri arxada qoyar. O nöqteyi-nəzərdən S.Şərifov aradan çıxmaq üçün çabaları səmərəsizdir.
***
Anaxeber.Az yazır ki, Samir Şərifovun vəziyyətinin ciddiliyi Daşkəsənin icra hakimi Əhəd Abıyevin qəfil çıxışı ilə müşayiət olunur.
İcra başçısı gözlənilmədən açıqlama verir ki, MTN-də ondan maliyyə naziri əleyhinə danışmaq tələb olunub.
İlin-günün bu vaxtında icra başçısının naziri “baqaja” qoyan çıxışı nəyə lazım idi?! Əlbəttə ki, Ə.Abıyevin təmsil olunduğu siyasi klanın təlimatı da ola bilər.
Amma Daşkəsənin rəhbəri əsasən mərkəzin tapşırıqlarından qırağa çıxmır. S.Şərifovla Ə.Abıyevin indiyədək kəsişən nöqtəsi olmayıb.
O baxımdan icra başçısının maliyyə nazirinin əleyhinə açıqlaması S.Şərifovun barəsində MTN-də kompromat materialların mövcudluğuna işarə idi.
Hakimiyyət nazirə xəbərdarlıq edir ki, həmin dosye artq əlimizdədir və büdcə vəsaitlərinin mənimsənilməsi haqda faktları istənilən an üzə çıxarmaq mümkündür. Bu, bir növ Samir Şərifovu Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin yanına göndərmək ismarıcıdır.
Cahangir Hacıyevin məhkəmədi dövründə Samir Şərifov qorunsa da, bankirin ayağına verilməsə də, bu o demək deyildi ki, onunla haqq-hesab çürüdülməyəcək.
İndi həmin an yetişib və Hacıyevin “sən də yanımda əyləşməlisən” sözünün təftişi aparılır. Hakimiyyət heç də maliyyə “boss”unu əfv etməyib.
Ona görə də maliyyə naziri istefa verməyə hazırdı və ərizəsini kabinetində saxlayır. Lakin onu belə asanlıqla buraxmazlar.
8 milyardın ofşora çıxarılmasında nazirin hansı məsuliyyəti varsa, yoxlanmalıdır. Çünki bəsit sualdır: həm maliyyə naziri, həm Beynəlxalq Bankın Müşahidə Şurasının üzvü olasan və ölkədən çıxan 8 milyarddan xəbərin olmaya...Heyhat!
***
Anaxeber.Az yazır ki, Ə.Abıyev S.Şərifov haqda istintaqa bunları açıqlayıb: “Belə ki, 2014-cü ildə dövlət büdcəsindən Daşkəsən rayon icra hakimiyyətinə ayrılan pula MTN generalları “qonublar”. Onlar icra hakimiyyətinin memarını idarəyə aparıb maliyyə naziri Samir Şərifovun əleyhinə ifadə verməyə məcbur ediblər.

Bunu istintaqa şahid qismində ifadə verən rayonun icra başçısı Əhəd Abıyev deyib.
Ə.Abıyev bildirib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb:

“Həmin pul Nazirlər Kabinetinin qərarı əsasında Maliyyə Nazirliyinin əmri ilə ayrılmışdı. Tikinti işlərinin görülməsi üçün açıq tender keçirildi və “Dizayn Construction” MMC tenderdə qalib gəldi. Əvvəllər də Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəyən yaşayış evlərinin və sosial obyektlərin təmirini həyata keçirən bu şirkətə yarım milyon manat ödənilib.

Bu istintaq materialının meydana çıxması böyük bir planın tərkib hissəsidir. O da var ki, Samir Şərifov parlamentdə baş nazirin əvəzinə hökumətin hesabatlarını təqdim edir. O, hökumətə ünvanlı suallara məhz özü cavab verir.
Faktiki baş nazir postunu icra etməsi görüntüsü yaratmağa çalışır. Bu baxımdan yalnız bir məqamı qabartmağa lüzum görürük ki, bir neçə il öncə ABŞ səfirliyində keçirilən rəsmi qəbulda da Azərbaycan hökuməti adından məhz Samir Şərifov çıxış etmişdi. Bu onun iqtidarda artıq baş nazir kimi özünü təqdim etməsinə oxşayırdı.
***
Anaxeber.Az yazmışdı ki, indi fəaliyyəti dayandırılmış ANS telekanalında belə maliyyə nazirinin üç ölkənin agenti olması haqda sujetin yayımlanması bir çox mətləblərdən xəbər verirdi.
Son illərdə ANS efirində heç bir nazir bu şəkildə hədəfə alınmamışdı və telekanalın siyasi kursunun bir mərkəzdən gəldiyi də sirr deyil. Bu da S.Şərifovun hansı cinahdan zərbə aldığını çılpaqlığı ilə ortaya qoyur.

Belə desək, maliyyə nazir gicgahından vuruldu. Obıvatel belə xəbər tutdu ki, ölkənin maliyyə sektoruna rəhbərli kedən şəxsin ABŞ, Rusiya və Türkiyə casusu olduğu haqda ittihamlar var.
Düzdür, adı hər zaman Qərbyönümlü məmur kimi hallanan, hətta baş nazirlik iddiasında olan Şərifov ANS-in sujetindən sonra vəzifəsini itirmədi.
Lakin mərkəzin təlimatı əsasında onun reputasiyası yerlə bir edildi. Siyasi büronun planı Bakı klanına yaxınlaşmaqda olan maliyyə nazirini tarixin arxivinə göndərmək idi.
ANAXEBER.az
TuranSamir Şərifova “əcəl zəngi”: Abıyevin nazir haqda MTN açıqlamasının - GizlinləriБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər