Ukraynanın Tel-Əvivdəki səfiri Yevgeni Korniçuk İsrail Xarici İşlər Nazirliyinə çağrılıb.
Reportyor.tv xəbər verir ki, buna səbəb Birləşmiş Millətlər Təşkilatının sonuncu toplantısında Fələstinin "işğal və onun hüquqi nəticələri" ilə bağlı sənədə Ukraynanın "hə" deməsi göstərilir.
Məlumatlara görə, Kiyevin bu addımı Tel-Əvivi möhkəm qəzəbləndirib.
Bildirilib ki, Ukraynanın Fələstinin müzakirəyə çıxardığı və səsə qoyduğu sənədə "hə" deyən 98 ölkədən biri olması İsrail dövlətini hüsrana qərq edib.
Nazirlikdə Korniçukun diqqətinə aşağıdakı fikirlər çatdırılıb:
"İsrail BMT-də qəbul edilən mühüm qərarlarda Kiyev administrasiyasını dəstəkləyib. Böyük humanitar yardımlar göstərib. Buna baxmayaraq, Ukraynanın BMT-dəki son davranışı ortaq dəyərlərə malik dost ölkələr arasındakı münasibətləri əks etdirmir".
Ukrayna mediasının yazdığına görə, öz növbəsində səfir Korniçuk ölkəsinin "ukraynalıların İsrailə girişinin qarşısının alınması" ilə bağlı "qəzəbini" İsrail tərəfinin diqqətinə çatdırıb.
Publika.az