Ərdoğan: "Fransa Senatının qətnaməsi Azərbaycanın suverenliyinə qəsddir"
Tarix: 16-11-2022, 08:00
Baxılıb: 516
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan: "Fransa Senatının qətnaməsi Azərbaycanın suverenliyinə qəsddir"

16-11-2022, 08:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsini pisləyib.
Publika.az xəbər verir ki, Türkiyə lideri bu sənədi Azərbaycanın suverenliyinə qəsd kimi tanıyıb.
Ərdoğan bəyan edib ki, Azərbaycan heç kimin torpaqlarına iddia etmir, BMT-nin və ATƏT-in qətnamələrinə baxmayaraq, Ermənistan tərəfindən təxminən 30 il əvvəl işğal olunmuş öz ərazilərini azad edib.
“Minsk qrupunun həmsədr ölkəsi olan Fransa parlamentində qəbul edilən qərar tam bir fəlakət və rəzalətdir”, - Türkiyə prezidenti vurğulayıb.
O, həmçinin beynəlxalq ictimaiyyəti bu qətnaməni qəbul edən fransız parlamentarilərinin hərəkətlərinə cavab verməyə çağırıb.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ