İngiltərə qoşunlarını Malidən çıxarmağa qərar verib
Tarix: 15-11-2022, 09:27
Baxılıb: 233
Google+ Paylaş
Tumblr Paylaş

İngiltərə qoşunlarını Malidən çıxarmağa qərar verib

15-11-2022, 09:27

İngiltərə hökuməti Malidəki qeyri-sabit vəziyyəti əsas gətirərək qoşunlarını bu ölkədən vaxtından tez çıxaracağını açıqlayıb.
reportyor.org xəbər verir ki, bu barədə İngiltərənin müdafiə üzrə dövlət katibi Ceyms Heappey parlamentdə millət vəkillərinə verdiyi açıqlamada bildirib. Dövlət katibi BMT-nin sülhməramlı missiyası çərçivəsində Maliyə göndərdikləri təxminən 300 əsgəri geri çağıracaqlarını diqqətə çatdırıb. O, üç il ərzində Malidə baş verən iki çevrilişin sülhü inkişaf etdirmək üçün beynəlxalq səyləri zəiflətdiyini də vurğulayıb.
Mali hökumətinin “Wagner Group” ilə işlədiyini iddia edən Heappey, bu təşkilatın insan haqlarının pozulmasında əli olduğunu və bu ortaqlığın regionda davamlı sülhə, təhlükəsizliyə xələl gətirdiyini qeyd edib.
Malidəki əməliyyatı “dünyanın ən təhlükəli sülhməramlı missiyası” olaraq xarakterizə edən Heappey, 2013-cü ildən bəri burada 288 BMT əsgərinin həyatını itirdiyini da bildirib.
Qeyd edək ki, Fransa hökuməti də 300-ə yaxın əsgərini bu ölkədən geri çəkib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ