İran Almaniyaya nota verdi
Tarix: 15-11-2022, 09:12
Baxılıb: 338
Google+ Paylaş
Tumblr Paylaş

İran Almaniyaya nota verdi

15-11-2022, 09:12

Almaniyanın İrandakı səfiri Hans Udo Mutseliya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib.
reportyor.org İran XİN-in açıqlamasına istinadla xəbər verir ki, səfirin diqqətinə çatdırılıb ki, Almaniyanın İranın daxili işlərinə qarışması iki ölkə arasındakı münasibətlərin korlanmasına gətirib çıxara bilər və buna görə məsuliyyət rəsmi Berlinin üzərinə düşür.
Qeyd olunub ki, Almaniya İranda baş verən iğtişaşlara qeyri-obyektiv yanaşır və destruktiv bəyanatlar səsləndirir.
Səfir İranın etirazının dərhal öz hökumətinə çatdıracağını bildirib.
Qeyd edək ki, sentyabrın 16-dan başlayaraq İranda davam edən kütləvi aksiyalara qarşı polis zorakılığı Almaniya hökuməti tərəfindən kəskin tənqid edilib. Almaniyanın kansleri Olof Şults “Siz necə hökumətsiniz ki, öz vətəndaşlarınızı öldürürsünüz”, - deyə İranı ittiham edib. Almaniya hökuməti rəhbərinin bu müraciəti İranda kəskin etirazla qarşılanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ