loading...

Qaradağdakı qaz kəmərlərindəki partlayış terror aktı ola bilərmi?

Bu gün səhər saatlarında Qaradağda iki qaz kəmərində baş verən partlayış bəzi rayonların qaz təchizatına mənfi tsir göstərib. Partlayış nətiəsində bəzi evlərin zərər gördüyü bildirilir. Maraqlıdır, baş verən bu qəza terror aktı ola bilərmi?
Moderator.az-Qaradağdakı qaz kəmərlərindəki partlayış terror aktı ola bilərmi?a açıqlama verən AZDP sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bu ehtimalın nəzərə alınmasının vacibliyini vurğuladı:

“Hər bir belə hadisə baş verəndə nəzərə alınması gərəkən versiyalardan biri də terror və təxribatın baş vermə ehtimalıdır. Yəni öncə bu amilin baş verib-verməməsi müəyyənləşməlidir. Dünyada və qonşu regionda baş verən prosesləri, Azərbaycandakı vəziyyəti, terror təhdidlərinin səviyyəsini və s. nəzərə alsaq, əsas istintaq araşdırma versiyalarından biri təxribat və terror ehtimalının araşdırılması olmlıdır. Kəşfiyyat xidmətlərində əməliyyatların ağıl səviyyəsi, elmi-texniki, texnoloji səviyyəsi çox yüksəlib. Bəən elə süni texnogen qəzalar törədilir ki, hətta onun xüsusi bir əməliyyat olduğunu anlamaq çətin olur. Bunun texniki nasazlıqdanmı, yoxsa kənar müdaxilə nəticəsindəmi baş verdiyini anlamaq müşkül olur. Bəzən isə hüquq-mühafizə orqanları, xüsusilə də kəşfiyyat-təhlükəsizlik xidmətləri öz vəzifələrini yerinə yetirə bilmədikləri üçün bu hadisələrin təxribat nəticəsində meydana çıxdığını ört-basdır etsinlər. Çünki bu, birbaşa onların cavabdeh olduğu sahədir”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər