Kremldaxili PARÇALANMA: Bu, Putinə baha başa gələcək
Tarix: 13-11-2022, 11:35
Baxılıb: 378
Google+ Paylaş
Tumblr Paylaş

Kremldaxili PARÇALANMA: Bu, Putinə baha başa gələcək

13-11-2022, 11:35

"Rusiya qüvvələrin Xersondan çıxarılması Rusiya Prezidenti Vladimir Putinlə “qırğı” fraksiyası arasında parçalanmaya səbəb olur. Putinin hərbi qüvvələrinin Ukrayna hökumətini devirmək və bütün Ukraynanı ələ keçirmək kimi maksimalist məqsədlərinə nail ola bilmədiyi üçün ifrat ideoloji müharibəmeyilli seçicilərin bir hissəsini sakitləşdirmək getdikcə çətinləşir".
Publika.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Qeyd olunub kio, Vladimir Solovyov kimi ifrat sağçı təbliğatçılar getdikcə Kremldən və ali hərbi komandanlıqdan Ukraynanın məhv edilməsi ilə bağlı bütün vədləri yerinə yetirməyi tələb edirlər.
Xersonun itirilməsi Kerç körpüsünün partladılmasından sonra tərəfdarlarının gözündə Putin üçün yeni məğlubiyyətdir.
Analitiklər Putinin tənqid dalğasını “demək olar ki, misli görünməmiş” adlandırırlar. Yəqin ki, televiziyada senzuranın artması da bununla əlaqədardır, çünki bir çox təbliğatçılar geri çəkilmənin fəsadlarını ya gözardı edir ya da yüngül formada təqdim etməyə çalışır.
Eyni zamanda nizami qoşunların və Putinin Xersonda məğlubiyyəti “vaqnerçilər”in və onların lideri Priqojinin təsirini daha da gücləndirir.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ