Azərbaycanda icra başçısı QƏZAYA DÜŞDÜ - FOTO
Tarix: 13-11-2022, 00:02
Baxılıb: 406
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda icra başçısı QƏZAYA DÜŞDÜ - FOTO

13-11-2022, 00:02

Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.
Publika.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan "Şərq qapısı" qəzetinin şöbə müdiri Sara Əzimova məlumat verib.
Bildirilib ki, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan - Şərur avtomobil yolunda baş verib.
Şərur istiqamətində hərəkət edən "Mitsubiyşi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb. Avtomobildə tək olan M.Seyidov heç bir bədən xəsarəti almayıb.
Digər avtomobilin sürücüsü isə yüngül zədələnib. Avtomobillər ağır zərbədən yararsız hala düşüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ