Kremldən Tehrana ZƏNG: Putin Rəisi ilə razılığa gəldi
Tarix: 12-11-2022, 22:14
Baxılıb: 643
Google+ Paylaş
Tumblr Paylaş

Kremldən Tehrana ZƏNG: Putin Rəisi ilə razılığa gəldi

12-11-2022, 22:14

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Reportyor.tv xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"İkitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilərək, siyasi, ticarət və iqtisadi sahələrdə, o cümlədən nəqliyyat və logistika sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi vurğulanıb", - mətbuat xidmətinin məlumatında deyilir.
Tərəflər Rusiya və İranın müvafiq departamentləri arasında əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ