Putinin ümidləri ALT-ÜST OLDU - Rusiya lideri Zelenski ilə danışıqlara hazırlaşır?
Tarix: 12-11-2022, 20:33
Baxılıb: 686
Google+ Paylaş
Tumblr Paylaş

Putinin ümidləri ALT-ÜST OLDU - Rusiya lideri Zelenski ilə danışıqlara hazırlaşır?

12-11-2022, 20:33

Ukrayna qüvvələrinin Xerson şəhərinin mərkəzində bayraq qaldırması Rusiya prezidenti Vladimir Putinin 8 aydan çoxdur davam edən müharibəsində siyasi və hərbi məğlubiyyətini sürətləndirib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Washington Post” qəzeti yazıb.
Qəzetdə dərc olunan məqalədə qeyd olunub ki, Kremlyönlü şəxslərin Rusiyanın gücü haqqında bəyanatlarından sonra regional paytaxtın itirilməsi Moskvaya heyrətamiz zərbədir. Moskvanın müharibə tərəfdarı olan millətçi bloqqerləri qeyri-qanuni şəkildə Rusiyaya ilhaq edilmiş şəhərin təslim olmasını “xəyanət” və “qara gün” adlandırıb.
"Kreml həftələrlə Rusiya əhalisini şoka hazırladı, Putini məsuliyyətdən uzaqlaşdırdı və onu siyasi təlatümlərdən təcrid etməyə çalışdı. Yenə də Putinin məsuliyyətdən tamamilə yayınmayacağına dair əlamətlər var idi" - “Washington Post” yazır.
Adının çəkilməsini istəməyən, Moskvadan olan nüfuzlu iş adamı qəzetə açıqlamasında deyib ki, rus qoşunlarının Xersondan geri çəkilməsi ciddi məsələdir:

"Düşünürəm ki, bu, ölkə daxilində vəziyyəti çətinləşdirəcək. Rusiya üçün bu itkilər müqəddəs xarakter daşıyır. Bu, Putinin imicinə böyük zərbədir”.
Məqalədə qeyd olunur ki, Rusiyanın müharibənin əvvəlində Ukraynanın paytaxtı Kiyevi ələ keçirmək cəhdinin uğursuzluğu və sentyabrda Ukraynanın ildırımsürətli əks-hücum əməliyyatlarına başlamasından sonra rus qoşunlarının Xerson şəhərindən geri çəkilməsi Putin üçün bir sıra hərbi çöküşlərin sonuncusu idi.
"Hərbi geri çəkilmələr, çətin səfərbərlik, iqtisadi böhranın dərinləşməsi və itkilərin artması fonunda Moskva getdikcə Ukrayna ilə danışıqlara hazır olduğunu göstərir. Lakin Putin Kiyevin Ukrayna ərazilərinin qeyri-qanuni ilhaqını qəbul etməli olduğu mövqeyindən çıxış etdiyi bir vaxtda danışıqlar mümkün deyil" - qəzet yazır.

Məqalədə vurğulanır ki, Rusiya elitasının bir çox üzvü Putinin fəlakətli müharibəsini və bunun nəticəsində tətbiq olunan sanksiyaları tənqid edir: "Məşhur rusiyalı iş adamı deyir ki, ruslar müharibədən yorulub və Putinin mövqeyi fəlakətin astanasındadır. Çox sayda itki var və Putin hansısa sövdələşməyə hazırdır. Çox güman ki, o, həlledici hərbi qələbənin mümkün olmadığını başa düşüb".
Həmin iş adamının sözlərinə görə, Putin üçün risklər artır: “Əgər daha çox ərazi itirsə, bu, onun üçün tam biabırçılıq olar. Bu, şəxsən Putin üçün son olar. Bu, onun siyasi baxımdan da sonu olar”.
Sonda vurğulanır ki, Xerson şəhərinin azad edilməsi Ukrayna ordusunun qışa qədər nə qədər irəliləyə biləcəyi ilə bağlı fərziyyələri gücləndirib və Kiyev qüvvələri şərqdə müəyyən nailiyyətlər əldə edir.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ