loading...

Qərb lojasının mötəbəri: Samir Şərifov narıncı qalstukda çıxacaqmı? - Mübhəm

Bir zamanlar maliyyə naziri Samir Şərifov Qərb lojasının mötəbər kadrlarından biri kimi təqdim olunurdu. İqtidar komandası ona axıra qədər etibar etmirdi. Hakimiyyətin Kreml qanadı heç zərrə qədər maliyyə nazirinə güvənmirdi.
Ona görə də Samir Şərifovun gah baş nazirlik, gah vitse-prezidentlik postlarına şansı açılan kimi ruspərəstlər qapıları onun üzünə bağlayırdılar.
Anaxeber.Az-ın Analitik Mərkəzinin yazdığına görə, ölkənin maliyyə sisteminin içalatını bilən adama tamamilə etibar etmək heç bir dünya siyasi təcrübəsində yoxdur.
Necə ki müdafiə nazirinin müavini Nəcməddin Sadıqova axıra qədər etibar edilmir, eyni sözləri Qərbmeyilli Samir Şərifov haqda söyləmək olar.
Maliyyə nazirinin Qərbin “5-ci kolon” üzvü olması onun nə vaxtsa keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev kimi narıncı qalstuk taxacağına zəmanət vermir. 2005-ci il xətasının 8 il cəzasını çəkmiş eks-nazir kimi S.Şərifova da Qərb dairələri növbəti kadr kimi baxmaqdadır.
Hətta onun üç ölkənin agenti olması barədə iddiaların meydana gəlməsi və müəyyən qədər balanslaşmış siyasət yürüdərək Naxçıvan qruplaşmasının təhlükəsindən özünü sığortalaması da nəyisə dəyişməyib. Azərbaycanın maliyyə naziri hələ də atəşkəs rejimində fəaliyyət göstərir.
***
Samir Şərifov qədər iqtisadi böhranın bitməsini ən çox istəyən bəlkə də ikinci adam yoxdur. Bu geoiqtisadi hadisələr onu ön plana çıxarıb və bütün sirlərini açmağa başlayıb. Hakim komanda içərisində onu qəbul etməyənlərin də əlinə fürsət düşüb.
Ona güvənin, etimadın azalması və yaranmış fürsətdən maksimum istifadə olunması maliyyə nazirinin reputasiyasını ölkə rəhbərliyinin yanında yerdən yerə vurub.
Prezident İlham Əliyevin Qərb rəsmiləri ilə görüşlərində Samir Şərifov barəsində söhbət açılmamış olmaz. Hətta maliyyə naziri haqda dosye də təqdim olunmamış deyil.
Necə ki MTN rəhbərliyinin ifşasında gizli bir dosye ötürüldüyü iddiaları var idi, eləcə də maliyyə əməliyyatları, pul köçürmələri, ofşor zonalara transferlər, elə Beynəlxalq Bankın Müşahidə Şurasının üzvü olan nazirin Cahangir Hacıyevin 5 milyardı ölkədən çıxarmasından özünü bilməzliyə vurması da ən incə detallarına qədər iqtidar rəhbərliyinə agahdır.
Sadəcə, maliyyə nazirinin hələ ki bu mürəkkəb labirintdən sıyrıla bilməsi möcüzəvidir. Çünki siyasi hakimiyyət bilir ki, Samir Şərifov fürsət düşən kimi narıncı qalstukda peyda ola bilər. Onu Azərbaycanın post-Sakaaşvilisi də adlandırmaq olar.
Əslində islahatçı və reformist bir nazir olmasa da, Qərbpərəst bir kadr olduğu bəllidir. Vaxtilə “Mişa” da iqtidar mətbəxində özünə yer tutub, sonra müəllimi olan Şvernadzeyə qarşı çevrildi.
***
Maliyyə nazirini yaxın gələcəkdə işıqlı günlər gözləmir. O, dərinləşən böhran içərisində öz mövqeyini möhkəmləndirməli və manevrlər edərək bu ağır situasiyalardan çıxmağı bacarmalıdır. Sonuncu əsas amil Beynəlxalq Bank məsələsində də S.Şərifovun məsuliyyət payının olmasıdır.
ABB-nin həbdə olan sabiq sədri Cahangir Hacıyev ilk məhkəmə çıxışından son sözünə qədər S.Şərifovu ittiham etdi. Beynəlxalq Bankdan izsiz-tozsuz çıxarılaraq mənimsənilən səkkiz milyard manatla bağlı günahkar axtarışı isə davam edir.
Doğrudanmı, Maliyyə Nazirliyi, həmçinin Beynəlxalq Bank rəhbərliyi bundan xəbərsiz olub? Mənimsənilən milyonlardan istənilən halda Maliyyə Nazirliyi və nazir xəbərdar olmalı idi:
“Çünki Samir Şərifov Beynəlxalq Bankın Müşahidə Şurasının sədri olub. Müəyyən məbləğdən yuxarı olan kreditlərin verilməsinə qanuna görə Müşahidə Şurasının qərarı lazımdır. Maliyyə nazirinin burada məsuliyyəti var.
Hacıyevdən sitat: “Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam, xahiş etdilər ki, kreditlərin qaytarılmasında kömək edim. Praktika belədir ki, kreditlər qaytarılmırsa, məhkəməyə verib, girova yönəldilir".
***
O da maraqlıdır ki, Elman Rüstəmov 21 dekabr devalvasiyasında dolların məzənnəsinin 1.10-1.20 qəpik civarında müəyyənləşdirilməsini təklif edib. Lakin Samir Şərifov Elman Rüstəmovdan fərqli olaraq sərt devalvasiyasının tərəfdarı olub.
Hansısa səbəblərdən ölkə başçısı İlham Əliyev Samir Şərifovun təklifini dəstəkləyib. Bəs niyə bu məsələ Elman Rüstəmovla Samir Şərifov arasında ziddiyyətlərə səbəb olub?
Məsələ burasındadır ki, devalvasiya Maliyyə Nazirliyinə sərf edən prosesdir. Çünki istənilən devalvasiya qiymət artımına səbəb olur. Bu halda isə vergi daha da artır və nəhayət dövlət büdcəsinin doldurulması bir qədər asanlaşır.
Samir Şərifovla Elman Rüstəmov arasında münasibətlər o qədər kəskindir ki, baş bankir maliyyə nazirinə yaxın bankların - Beynəlxalq Bank və "Azərtürkbank”ın rəhbərliyini Mərkəzi Bankdakı tədbirlərə çağırmır.

Bildirək ki, Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.

1983-1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası) iqtisadçı, 1991-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifəsində çalışıb. 2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışır.
ANAXEBER.az
TURAN
Qərb lojasının mötəbəri: Samir Şərifov narıncı qalstukda çıxacaqmı? - MübhəmБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər