loading...

DÜNYADA JURNALİST ÖLÜMLƏRİ NİYƏ ARTIB?- İZAH

Bundan sonrakı illərdə də dünyada jurnalistlərin öldürülməsinin şahidi olacağıq.

Bunu Sherg.az-a "Sərhədsiz reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatının "Dünyada öldürülən 53 jurnalist məşğul olduqları peşəyə görə bilərəkdən qətlə yetirilib" statistikasını dəyərləndirərkən "Ayna-Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.

O bildirib ki, jurnalistlər acı həqiqətlərin, siyasətin iç üzünü açıb, əyani mənzərəni göz önünə gətirdiyinə görə, hər zaman təqib olunurlar:

"Media dördüncü hakimiyyət olduğu üçün jurnalistlər dünyanın istənilən yerində digər üç hakimiyyət qolunda baş verən hadisələri işıqlandırıb, orada olan əskiklikləri göstərməklə tənqid edir. Müxtəlif peşə sahiblərinin qanunsuzluqlarını üzə çıxarmaq üçün ciddi fəaliyyət göstərirlər. Peşəsinə daha çox vurğun olan media nümayəndələri isə daha dərinlərə gedərək, tarix boyu bu həqiqətləri dünya səviyyəsində göz önünə səriblər. Bu il də statistikada jurnalist ölümlərinin artması təsadüfi deyil. Bundan sonra da siyasətin sahəsinin genişlənməsi, dünyada gedən proseslərin artması, müharibələrin çoxalması jurnalist ölümlərinin də artmasına səbəb olacaq”.

Qeyd edək ki, "Sərhədsiz reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatının illik hesabatına əsasən 2016-cı ildə 74 jurnalist öz peşə fəaliyyətini yerinə yetirərkən dünyasını dəyişib. Onlardan 53-ü məşğul olduqları peşəyə görə qəsdən qətlə yetirilib.

Aysel Aslan

DÜNYADA JURNALİST ÖLÜMLƏRİ NİYƏ ARTIB?- İZAHБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər