“Səmərqənd sammiti dünya siyasətində ciddi rezonans doğuracaq”- ŞƏRH
Tarix: 11-11-2022, 19:25
Baxılıb: 338
Google+ Paylaş
Tumblr Paylaş

“Səmərqənd sammiti dünya siyasətində ciddi rezonans doğuracaq”- ŞƏRH

11-11-2022, 19:25

“Səmərqənd görüşü də göstərdi ki, artıq dünyanın yeni güc mərkəzlərindən biri formalaşmaqdadır”
Bu fikri Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, bu güc mərkəzi dünyanın çox həssas bir nöqtəsində postsovet məkanını, həmçinin NATO-nun cənub cinahlarından biri olan Türkiyəni özü ilə birləşdirəcək:

“Hələ ki, bütün Türk toplumları bu birliyə tam cəlb edilə bilməyib. Söhbət Rusiyanın ərazisində olan 26-ya qədər türk muxtar qurumları və bölgələrindən gedir. Ancaq 6 müstəqil Türk dövlətinin və 1 mənşəyi Türk olan Macarıstan kimi dövlətin bu toplantıya qatılması, həqiqətən də çox təqdirə layiq hadisədir. Bu məsələdə də mərkəz rolunu oynayan sözsüz ki, Azərbaycan və Türkiyədir. Bunun koordinasiya mərkəzi kimi ilk bünövrəsi Naxçıvanda qoyuldu. Bundan əvvəl də Türk Dövlətləri Birliyi mövcud olmuşdu. Ancaq bunu axıra davam etdirmək mümkün olmadı. İndi isə vəziyyət fərqlidir-bünövrə möhkəm təməl üzərində qoyulub. Eyni zamanda bu işi aparanların əqidəsi, siyasi iradəsi bu istiqamətdə çalışmaqdadır”.
qebul.jpg (235 KB)
Politoloq qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin bu məsələdəki fədakarlığı xüsusi vurğulanmalıdır:

“Burada Türkiyə Prezidenti Ərdoğanın, Qazaxıstanın rəhbəri Tokayevin və Özbəkistan lideri Mirziyoyevin səylərini xüsusilə qiymətləndirirəm. Yəni fikirdə və əməldə birlik ideyası demək olar ki, həyata keçmək üzrədir. Türk dövlətlərinin dünya siyasətinə təsir edə biləcək mərkəzi formalaşıb. Bu dövlətlər arasında iqtisadi, siyasi, mədəni əlaqələr də günbəgün artır, genişlənir. Türk dövlətlərinin birliyi sözün həqiqi mənasında həm iqtisadi, həm də mədəni baxımdan xeyli möhkəmlənir. Azərbaycan prezidenti zirvə toplantısında böyük nitqlə çıxış etdi. Bu çıxışında 40 milyonluq cənubi azərbaycanlılara eyham olan fikirlər səsləndirib, türk dövlətlərinin birliyini ürəkdən alqışladığını və bu işə Azərbaycanın lazımı töhfəni verəcəyini diqqətə çatdırıb. Zənnimcə ölkə Prezidentinin bu məsələlərlə bağlı çıxışı, oradakı iştirakı, eləcə də Türk dövlətlərinin İstanbuldan sonrakı bu sammiti birliyin həyatında böyük rol oynayacaq. Dünya siyasətində də bu, ciddi rezonans doğuracaq”.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ