Rusiyaya "sülh şansı" verildi: "Məxfi şərtlər" Rusiyadan tərksilah olunmasını tələb edir
Tarix: 11-11-2022, 19:20
Baxılıb: 1 804
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyaya "sülh şansı" verildi: "Məxfi şərtlər" Rusiyadan tərksilah olunmasını tələb edir

11-11-2022, 19:20

Kremlin apardığı gizli danışıqlar barədə sızan məlumatlara görə, Rusiya işğal olunan bütün əraziləri tərk etməli, Ukraynaya bir daha hücum etməyəcəyinə təminat verməli, rəsmi Kiyevə savaş nəticəsində dəymiş zərəri ödəməlidir... Rusiyaya yalnız Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müvəqqəti vədlər verilən sülh şərtlərində Krım yarımadası və Rusiyanın Qara dəniz donanması ilə bağlı məqamlar isə Kreml üçün əsl fəlakət məzmunu daşıyır...

Ukrayna savaşı Rusiya üçün fəlakət mənbəyinə çevrilməyə başlayıb. Kremlin Ukraynaya qoşun yeridərkən qurduğu bütün planlar artıq bir-birinin ardınca iflasa uğramaqdadır. Rusiyanın savaşdan öncə müəyyən etdiyi hərbi-siyasi hədəflərin heç birisi reallaşmaşmayıb.
Əksinə, Kremlin 2014-cü ildən üzü bəri qazandığı bütün üstünlüklər əldən verilməyə başlayıb. Hətta savaş başladıqdan sonra Rusiya ordusunun işğal etdiyi ərazilər də itirilməkdə davam edir. Halbuki, Rusiya ordusu savaşın ilk günlərində böyük sürətlə Ukrayna paytaxtı Kiyevin 40-50 kilometrliyinə çatmışdı. Və Ukrayna paytaxtını yarımmühasirə vəziyyətinə də sala bilmişdi.
Ancaq bundan sonra savaş meydanında vəziyyət Rusiyanın əleyhinə böyük sürətlə dəyişməyə başladı. ABŞ və digər NATO ölkələri Ukrayna ordusuna ən müasir silah-sursat və hərbi texnika ilə təchiz etdilər. Nəticədə məlum oldu ki, Rusiyanın hərbi qüdrəti barədə ənənəvi iddialar sadəcə, miflərdən başqa bir şey deyilmiş.
Məsələ ondadır ki, Rusiya ordusu savaş hədəflərini dəyişib, paytaxt Kiyev ətrafından çəkiləndə Kreml üçün müharibənin məğlubiyyət mərhələsinin başlandığı aydınlaşmağa başlamışdı. Çünki, Kremldə anlanıçdılar ki, Rusiya ordusu müasir savaş taktikasına müqavimət göstərə biləcək gücə və hərbi resurslara sahib deyil. Ona görə də, Kreml Rusiya ordusunu işğal etdiyi Donbas ətrafında cəmləşdirmək məcburiyyətində qaldı. Yəni, Kreml Rusiya ordusunun gücsüzlüyünü və acizliyini anlayıb, hərbi-siyasi hədəflərini kişiltdi.
0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB) 
Bundan sonrakı mərhələdə isə Rusiya əsasən savaşın dayandırılması və sülh danışıqları mərhələsinə hazırlaşmağa üstünlük verdi. Ancaq Kreml elə bir sülh prosesinə cəhd göstərirdi ki, Rusiyanın beynəlxalq imicini nisbətən xilas etmək mümkün olsun.
Ona görə də, Kreml işğal etdiyi ərazilərdə qondarma "referendumlar" keçirərək, həmin bölgələri Rusiyaya birləşdirmək qərarı verdi. Əsas məqsəd isə həmin ərazilərin artıq Rusiyaya aid olduğunu iddia edərək, Ukraynanı dəstəkləyən ABŞ və digər NATO ölkələrini fakt qarşısında qoymaq idi. Yəni, Kreml sülh prosesini qondarma "referendumlar"ın nəticələrinin tanınması və legitimləşdirilməsi üzərində qurmaq niyyətini biruzə verməkdəydi.
Ancaq Rusiyanın bu əcaib taktikası elə əvvəlcədən kəskin reaksiya ilə üzləşdi. ABŞ və Qərb Rusiyanın qondarma "referendumlar"ını tanımadığını bəyan etdi. Ukrayna ordusu isə Rusiyanın öz ərazinə satdığı bölgələri azad etməyə başladı. Rusiya ordusu Xarkov ətrafında biabırçı məğlubiyyətə uğradıldı. Bundan sonra Rusiya ordusunun məğlubiyyətdən xilas olmayacağı artıq qətiyyən şübhə doğurmurdu.
Nəhayət, uzun müddət müqavimət göstərsə də, Rusiya ordusu strateji əhəmiyyət daşıyan Xerson vilayətini də tərk etmək məcburiyyətində qaldı. İndi Rusiya qoşunları Dnepr çayının sol sahilində uzunmüddətli müdafiə istehlakçıları qurmağa çalışır. Və bununla Rusiyanın daha böyük hərbi-siyasi biabırçılıqdan yayındırıla biləcəyinə ümid bəslənilir.
Ancaq müşahidələr göstərir ki, bunun mümkün ola biləcəyinə heç Kremldə də əmin deyillər. Çünki, Rusiyanın böyük sürətlə öz müasir tarixinin ən ağır məğlubiyyətinə doğru yaxınlaşdığını indi hər kəs anlayır. Hazırda savaş meydanında demək olar, Rusiyadan heç nə asılı deyil. Və bu nəhəng dövlətin gələcək taleyi daha çox məhz onun beynəlxalq rəqiblərinin davranışlarına bağlıdır.
ezgif.com-gif-maker.jpg (210 KB) 
Məsələ ondadır ki, Rusiya əleyhinə beynəlxalq koalisiyada parçalanma və ya başqa ciddi problemlər yaranmazsa, Kreml yaxın bir neçə ay ərzində kapıtulyasiya məcburiyyətində qala bilər. Çünki, Kreml etiraf etməsə də, Rusiyanın maliyyə-iqtisadi və hərbi-texniki resursları tükənmək artıq üzrədir. Kreml hazırda Rusiya ordusunun silah-sursat və hərbi texnika ehtiyaclarını ödəməkdən ötrü ABŞ və Qərblə ciddi problemləri olan ölkələrə mühacirət etmək məcburiyyətində qalıb.
Ancaq alternativ mediaya sızan məlumatlara görə, Rusiyanın müraciətləri ümid bəslənən nəticələrdən çox uzaqdır. Kremlin hətta qismən səfərbərlik ilə orduya çağırılmış yeni əsgərləri ən elementar hərbi ləvazimatlarla belə, təmin etməkdə çətinlik çəkdiyi bildirilir. Və bu, Rusiyanı "silahsız və ya tərksilah olunmuş ordu" reallığı ilə üzləşdirib.
Ona görə də, hazırda Rusiya işğal etdiyi Ukrayna ərazilərindən tədricən çıxmaq məcburiyyətində qalıb. Rusiyanın həmin əraziləri nəzarətdə saxlamağa hərbi gücü çatmır. Hətta Ukrayna savaşının tezliklə Rusiya ərazisinə keçirilmə ehtimalı da artıq daha inandırıcı görünür. Və bununla bağlı hərbi ekspertlərin ehtimalları Kremli daha ağır günlərin gözlədiyini düşünməyə əsas verir.
Maraqlıdır ki, Rusiyanın Ukrayna savaşında ağır vəziyyətə düşdüyünü Kremlin sülh danışıqlarına can atması da təsdiqləyir. Ancaq müharibə meydanında vəziyyət Ukraynanın xeyrinə dəyişdiyinə görə rəsmi Kiyev hələlik sülh danışıqları barədə düşünmür. Yəqin ki, bu məsələ daha çox ABŞ və Qərbin verəcəyi keçid qərarından asılı olacaq. Çünki, Qərb ölkələri də Ukrayna savaşı ucbatından indi ağır durumdadırlar.
Yəni, ABŞ və Qərbin müəyyən şərtlər altında Rusiya ilə anlaşma ehtimalı da qətiyyən istisna deyil. Üstəlik, Rusiya prezidenti Vladimir Putinin öz emissarları vasitəsilə 20-dən çox Qərb ölkəsi ilə gizli təmaslar qurduğu və müəyyən şərtlər daxilində anlaşmağa çalışdığı haqda da məlumatlar mövcuddur. Və Rusiyanın savaş meydanında mövcud olan məhz indiki situasiya çərçivəsində dərhal sülh sazişi imzalamağa hazır olduğunu da düşünmək mümkündür.
1646034770_1646029332-750-450.jpeg (226 KB) 
Ancaq alternativ mediaya sızan məxfi məlumatlar Kremlin ümidlərinin tam doğrulmadığını da göstərir. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev tərəfindən koordinasiya edilən gizli təmaslarda Kremli qane edəcək nəticələrin ortaya çıxmadığı bildirilir. İddialara görə, Rusiyadan işğal etdiyi bütün ərazilərin tərk olunması tələb olunur. Eyni zamanda, Kreml bir daha Ukraynaya hücum etməyəcəyinə təminat verməlidir. Ukraynaya dəymiş bütün zərəri kompensasiya etməlidir. Ukraynanın Rusiya və Belarus sərhədlərindən 100 kilometrlik məsafədə ağır hərbi texnika növləri yerləşdirilmənəlidir.
Rusiyadan Krım yarımadasının da Ukraynaya qaytarılması prosesinə hazırlaşmaq tələb olunur. Ancaq bu prosesin tam yekunlaşmasına qədər Krım yarımadasından Rusiya qoşunları çıxarılmalıdır. Eyni zamanda Sevastopol istisna olmaqla, Qara dəniz limanlarından Rusiya hərbi donanması tam tərkibdə çıxarılmalıdır. Və bütün bunların qarşılığında Rusiyaya yalnız Ukraynanın sülh sazişi imzalandıqdan sonrakı yeddi il ərəfəsində NATO-ya üzv qəbul edilməyəcəyinə təminat verilir.
Göründüyü kimi, gizli danışıqların Rusiya üçün aşağılayıcı şərtlərlə müşayiət olunduğu aydınlaşdırmağa başlayıb. Kremlin bu şərtlərə necə reaksiya verəcəyi hələlik məlum deyil. Halbuki, Kremlin əsas hədəfi ən pis halda, savaş meydanında indi mövcud olan situasiyanın müəyyən müddət üçün "dondurulmasına" nail olmaqdan ibarətdir. Və Rusiyanın seçim imkanlarının geniş olduğunu iddia etmək də mümkün deyil.
Kremlə yaxınlığı ilə diqqəti çəkən rus politoloq İqor Korotçenko Rusiya siyasi dairələrini sülh prosesinə xüsusi ümidlər bağlamamağa çağırıb. O, bildirib ki, ABŞ və Qərb savaş meydanında hazırda mövcud olan situasiyada Rusiya ilə Kremlin maraqlarına uyğun şərtlər daxilində sülh danışıqları aparmağa həvəs göstərməz. Rusiyanın alternativ mediasına sızan məlumatların məzmunu da rus politoloqun haqlı olduğunu göstərir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ