Yeni ildə neçə gün iş olmayacaq? - AÇIQLAMA
Tarix: 10-11-2022, 19:54
Baxılıb: 289
Google+ Paylaş
Tumblr Paylaş

Yeni ildə neçə gün iş olmayacaq? - AÇIQLAMA

10-11-2022, 19:54

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar isə bayramla əlaqədar olaraq qeyri-iş günüdür.
reportyor.org xəbər verir ki, bununla bağlı açıqlama verən ekspert Ağamusa Səfiyev Yeni il bayramı ilə əlaqədar Əmək Məcəlləsinə əsasən qeyri-iş günlərini sadalayıb:
“31 dekabr -1 yanvar şənbə və bazara təsadüf edir. Yanvarın 2-si isə zatən bayram günü kimi qeyd edilir. Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq. Yəni 31 dekabr və 1 yanvar avtomotik olaraq yanvarın 3 və 4-nə keçirilir. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq”, - deyə ekspert qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin hələki Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri barədə açıqlaması yoxdur.
Xatırladaq ki, artıq ilin sonuna qədər hər hansı bayram günü də olmayacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ