Rusiyalı ekspert koronavirusa yoluxanlara qoşulan süni ventilyasiya aparatlarının təhlükəsindən danışdı Яндекс.Директ
Tarix: 11-04-2020, 16:57
Baxılıb: 1 243
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyalı ekspert koronavirusa yoluxanlara qoşulan süni ventilyasiya aparatlarının təhlükəsindən danışdı Яндекс.Директ

11-04-2020, 16:57

Rusiyalı ekspert, əhalinin ölkə telekanallarında “Əsas vacib şey” haaqında verilişdən tanıdığı Aleksandr Myasnikov süni ventilyasiya aparatlarının (SVA) təhlükəli olduğunu iddia edib.
Musavat.com xəbər verir ki, o, bununla bağlı fikirlərini Youtube kanalında, “SolovyovLive” proqramında səsləndirib.
A.Myasnokovun sözlərinə görə, hazırda SVA-lara qoşulan xəstələr arasında ölüm halları olduqca yüksəkdir. Çünki bu avadanlıqlar yalnız ən ağır vəziyyətdə olan insanlar üçün nəzərdə tutulub.
“Lakin buna rəğmən həmin aparatlar da yoluxma mənbəyi sayıla bilər. Xüsusilə xəstələrin bəziləri məhz xəstəxana şəraitində, özü də SVA-ların sayəsində infeksiyaya məruz qalırlar. Bu isə olduqca pis gəlişmədir”,-deyə bildirib.
Rusiyalı həkim daha öncələr koronavirusla bağlı proqnozlarında səhv etdiyini də boynuna alıb. Belə ki, əvvəl infeksiyanın pandemiyaya dönməcəyəcəyini iddia edən A.Myasnikov indi hər şeyin fəlakət ssenarisi ilə getdiyini vurğulayır.
“Mən özüm 90 faiz partlayış səviyyəsində yayılmanın baş verməyəcəyinə əmin edim. Təəssüf ki, ciddi şəkildə səhv etdim. Lakin bir mən yox, dünyanın hər yerində sanitar hüdudları qoymaqda gecikən dövlətlər də yanıldılar,”-deyə o söyləyib.
A.Myasnikov indi bütün ümidin insanlarda kollektiv immunitet əmələ gəlməsinə və peyvəndin istehsalına başlamaq gərəkdiyini bildirib. “Əminəm ki, eidemiya yaxın vaxtlarda aşağı düşəcək. Lakin COVİD-19 ştammı yerində qalacaq və kəskin tənəffüs çatışmazlığı xəstəlikləri özünün növbəti mərhələsinə keçəcək. Biz bir neçə dalğanın təsirinə məruz qaldıqdan sonra onun bir daha heç fərqində olmayacağıq. Lakin indi xəstəliyin zirvə həddində olduğu bir vaxtda yalnız özünütəcrid və karantin metodları ilə qurtula bilərik. Başqa çıxış yolu yoxdur”,-deyə həkim vurğulayıb.
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ