Zaxarova: “Sülh sazişi ətrafında sıx koordinasiya aparılır”
Tarix: 9-11-2022, 18:49
Baxılıb: 282
Google+ Paylaş
Tumblr Paylaş

Zaxarova: “Sülh sazişi ətrafında sıx koordinasiya aparılır”

9-11-2022, 18:49

Rusiya Cənubi Qafqazda sülh, sabitlik və firavanlığa nail olmaq üçün Ermənistan və Azərbaycana lazımi yardımı davam etdirəcək.
reportyor.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Sülh müqaviləsinin hazırlanması Azərbaycan və Ermənistan tərəfdaşları ilə sıx əlaqələndirilir. Ölkəmizin fəal iştirakı ilə iki ölkə xalqları arasında etimadın möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir ”, - deyə Mariya Zaxarova bildirib .
O qeyd edib ki, burada söhbət cəmiyyət nümayəndələri, ekspert dairələri və parlamentarilər arasında dialoqun inkişaf etdirilməsindən gedir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ