loading...

Samir Şərifovun başı üzərində “qara buludlar” dolaşır –Maliyyə Nazirliyinin yoxlanıldığı xəbəri yayıldı

Bir neçə gündür Azərbaycan Hesablama Palatası Maliyyə Nazirliyində əsaslı yoxlamalara başlayıb.

Strateq.az xəbər verir ki, bu haqda məlumatı hökumətdəki mənbələrinə istinadən “AzPolitika.info” yayıb.

Yoxlamanın “növbədənkənar və təcili” olduğunu bildirən "AzPolitika.info" ona da diqqət çəkib ki, son günlər Maliyyə naziri Samir Şərifovun yaxın ətrafında baş verənlər fonunda bu yoxlama təsadüf kimi qəbul oluna bilməz: "Söhbət Azərbaycan Beynəlxalq Bankı və “Azər-Türk Bank” rəhbərliyindəki gözlənilməz, hətta sensasiyalı dəyişikliklərdən gedir".

Strateq.az öz növbəsində onu da xatırladır ki, hazırda həbsdə olan Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev ölkənin maliyyə sektorunda hazırda baş verən proseslərdə əsas təqsirkarın Maliyyə Nazirliyi olduğu haqda ötən ayın sonunda – 30 noyabrda mediaya sensasion müraciət ünvanlamışdı.

O, həmin müraciətində açıq şəkildə Maliyyə naziri Samir Şərifovu hədəf seçərək, onu Prezidentə yalan məlumat verməkdə və ölkədə təxribat yaratmaqda suçlayırdı. C.Hacıyev iddia edirdi ki, ölkəni böhrana salan devalvasiya siyasətinin müəllifi məhz maliyyə naziridir: "…Devalvasiyanın müəllifi maliyyə naziri devalvasiyanı hansı iqtisadi qanunlar və meyarlar əsasında aparıb? Bu, təxribat deyilmi?… Yaranmış vəziyyətdə milli və xarici valyutanın kəskin qıtlığı yaranıb. Valyuta bazarını tənzimləməyə cavabdeh olan Maliyyə Nazirliyinin bu fəaliyyəti təxribat deyilmi? Kəskin valyuta çatışmazlığı şəraitində hansı iqtisadi inkişafdan söhbət gedə bilər? Məgər bunun da günahkarı mənəm?… Biz bankdan uzaqlaşdırıldıqdan sonra həmin layihələrin təsisçiləri, benefisiyaları dəyişdirildi, nəticədə layihələr iflic oldu. Həmin layihələri sağlamlaşdırmaq adı ilə Beynəlxalq Banka Mərkəzi BaSamir Şərifovun başı üzərində “qara buludlar” dolaşır –Maliyyə Nazirliyinin yoxlanıldığı xəbəri yayıldı
Onu da qeyd edək ki, C.Hacıyevin bu müraciətindən sonra parlamentdə və mətbuatda dolların "qara bazar"ını kimlərin himayə etdiyi mövzusu da gündəliyə gəlmiş, birbaşa və dolayısı ilə bu məsələdə də məhz Maliyyə naziri Samir Şərifova yaxın şəxslər suçlandırılmışdı… Dekabrın 8-də isə Samir Şərifova yaxın şəxs kimi Azərbaycan Beynəlxalq Bankın rəhbərliyinə gətirilmiş Elmar Məmmədov gözlənilmədən vəzifəsindən alınmış, hətta onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dindirildiyi xəbəri yayılmışdı…

İndi bu proseslərin ardınca Hesablama Palatasının da Maliyyə Nazirliyində qəfil və növbədənkənar yoxlamaya başlaması nazir Samir Şərifovun başı üzərində, həqiqətən, qara buludların dolaşdığından xəbər verir…

Deyəsən, hakimiyyət 2017-ci ilə, doğrudan da, sürprizlər hazırБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər