loading...

İlham Əliyev mükafatlandırıldı

İlham Əliyev mükafatlandırıldı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il üzrə beynəlxalq Cənub-Cənub mükafatı ilə təltif olunub.

Mükafatın təqdim olunması mərasimi Nyu-Yorkda keçirilib.

Mərasimdə bildirilib ki, Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş Dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Cənub-Cənub mükafatı ilə təltif olunub.


Beynəlxalq Cənub-Cənub mükafatı


Cənub-Cənub mükafatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və BMT-yə üzv bir sıra dövlətlər, agentliklər və fondlar tərəfindən təsis edilib. Mükafatı Prezident İlham Əliyevin adından xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib.


Mükafatın Elmar Məmmədyarov tərəfindən qəbul edilməsi


Bu mükafat BMT-nin hesabatlarına əsasən, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf Məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.

Bundan əvvəl də İlham Əliyev BMT-nin digər bir qurumu tərəfindən mükafatla təltif edilib.

BMT-nin İqtisadi–Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondu ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı müstəsna roluna və bu sahədə tərəqqinin əldə olunmasında əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ali mükafatla təltif edib.

Mükafat Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub.


Mükafatın Əli Həsənov tərəfindən qəbul edilməsi
İlham Əliyev mükafatlandırıldıБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər