Şagirdlər arasında “Vətəni tanı” xəritə “puzzle” yarışması keçirildi
Tarix: 9-11-2022, 00:40
Baxılıb: 357
Google+ Paylaş
Tumblr Paylaş

Şagirdlər arasında “Vətəni tanı” xəritə “puzzle” yarışması keçirildi

9-11-2022, 00:40

Abşeron Rayon İcra Hakimiyyətinin və Gəclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin birgə təşkilatçılığı ilə şagirdlər arasında “Zəfər Günü”nə hərs olunmuş “Vətəni tanı” xəritə “puzzle” yarışması keçirilib.
reportyor.org xəbər verir ki, Xırdalan Şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Abşeron sektorunun əməkdaşları, qazi və Vətən Müharibəsi iştirakçıları iştirak edib.
Gəclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyininin drektoru Nigar Abdullazadə və digər çıxış edənlər bildiriblər ki, yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında milli vətənpərvərlik təbliğatı aparmaq, vətənə, xalqa bağlılığını artırmaq və ölkəmizin daha dərindən öyrənilməsidir.
Yarişmada 14 yaşdan yuxarı olmaqla 5 nəfərlik tərkib ilə Xırdalan şəhərində fəaliyyət göstərən 10 tam orta məktəbin komandaları iştirak edib. Xırdalan şəhər 6 saylı tam orta məktəbin komandası birinci yerə layiq görülüb. İkinci yeri isə Xırdalan şəhər 10 saylı məktəbin təmsilçiləri tutub.
Qaliblərə sertifikatlar və hədiyyələr təqdim olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ