Qalib azərbaycanlıları dünyanın 28 ölkəsinin ixtiraçıları alqışladı - FOTO
Tarix: 7-11-2022, 14:37
Baxılıb: 315
Google+ Paylaş
Tumblr Paylaş

Qalib azərbaycanlıları dünyanın 28 ölkəsinin ixtiraçıları alqışladı - FOTO

7-11-2022, 14:37

Beynəlxalq Robochallenge 22 yarışmasında Azerobot 28 ölkə ilə rəqabətdə parlaq qalibiyyət qazanaraq, All Japon Robo Sumo müasbiqəsinə vəsiqə aldı.
Publika.az xəbər verir ki, Ruminiyanın paytaxtı Buxarestdə, 4-6 noyabrda keçirilən Avropanın ən böyük yarışması sayılan Robochallange Robot-da Mega Sumo kateqoriyası üzrə bütün mükafatlara Azərbaycanı təmsil edən Azerobot layiq görüldü. Mötəbər müsabiqənin I,II,III pillələrində qərar tutaraq, Azərbaycan bayrağını yüksəltdi.
I yer komandaya dünyanın ən nüfuzlu yarışması olan All Japon Robo Sumo-ya qatılmaq şansı verdi.
Robochallenge 22 müsabiqəsində Amerika, İngiltərə, Polşa, Meksika, Bolqarıstan, Rumıniya, Türkiyə, Latviya və digər ölkələrdən güclü komandalar iştirak edirdi. Bu yarışın digərlərindən fərqi komandaların müəyyən edilmiş qaydalar üzrə öz robotlarını sıfırdan hazırlamasıdır. Beləliklə, Robochellenge hər il onlarla ixtiraçını dünyaya tanıdaraq, yeni ideyalar, layihələr təqdim edir.
On beş kateqoriya üzrə keçirilən RoboChallange-də qazandığı parlaq qələbəyə AzeRobot mükəmməl hazırlıq keçərək nail olub. Türkiyənin ən böyük və öndə olan robot marketi - Robotzadə şirkəti ilə əməkdaşlıq çərçivəsində lazımi avadanlıqlar əldə edilib, Robotzadə şirkətinin mütəxəssisləri tərəfindən 2 həftəlik təlimlər təşkil olunub, xüsusi laboratoriyalar qurulub. Yay tətili boyunca həmin laboratoriyalarda intensiv məşqlər gedib.
Robochallenge-də Azərbaycanın adını ucaldan, ölkəmizi layiqincə təmsil edən və robototexnika sahəsində əsil istedadlar, ixtiraçılar yetişdirən AzeRobot komandası artıq Yaponiyadakı növbəti nüfuzlu beynəlxalq yarışa hazırlıq dönəmindədir.

  • Qalib


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ