loading...

22 yaşlı qızı zorlayaraq öldürən şəxs İcra Hakimiyyətinin işçisi imiş

Bakıda mağazada qadını zorlayaraq, öldürməkdə təqsirləndirilən şəxsin Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansında olan yeraltı keçiddəki mağazada satıcı işlədiyi məlum olub. O da aydın olub ki, “Füzuli” meydanı ərazisindəki yeraltı keçiddə olan mağazalar Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin balansındadır və qətli törədən Vidadi Qarayev müqavilə əsasında həmin mağazada işləyirmiş.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Əliyevin sədrliyi ilə qətl hadisəsi törətməkdə təqdirləndirilən Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin Nəqliyyatın təşkili və parklama sektorunun müdir müavini Rüstəm Həsənəliyev şahid qismində məhkəməyə gətirilib.
O, ifadəsində qətli törətməkdə təqdirləndirilən Vidadi Qarayevi satıcı kimi tanıdığını bildirib: “Onun bizdə müqavilə əsasında işlədiyini bilirəm. Ancaq müqavilə mühasibatlıqda olub. Yeraltı keçiddən istifadə edəndə salamlaşmışıq. İşlədiyi müddətdə problem olmayıb”.

O, müqavilənin şərtlərindən xəbərdar olmadığını söyləyib. Hakim Samir Əliyev şahidə xatırladıb ki, müqavilədə göstərilir ki, Vidadi Qarayev aylıq 95 manat maaş əsasında mağazada satıcı işləyib. Hakim Rüstəm Həsənəliyevə bunları bilmədiyinə görə iradını bildirib: “Siz müdir müavinisiniz, amma işçinin hansı şərtlərlə sizinlə işlədiyini bilmirsiniz”.

Təqsirləndirilən Vidadi Qarayev də müqavilədən xəbərinin olmadığını və maaş almadığını deyib. 55 yaşlı Vidadi Qarayev 22 yaşlı Aslanlı Gülpərini qətlə yetirməkdə təqsirləndirilir. O, özü də törətdiyi əməli etiraf edərək bildirib ki, Gülpəri onun işlədiyi mağazaya bir neçə dəfə müştəri kimi gəlib. Daha sonra onların yaxın münasibətləri yaranıb və dəfələrlə cinsi əlaqədə olublar. V.Qarayev bunun üçün Gülpəriyə pul da verdiyini, sonuncu dəfə isə pul vermədiyi üçün Gülpərinin onu təhqir etdiyini söyləyib. V.Qarayev buna görə Gülpərini bıçaqladığını, sonra isə boğaraq öldürdüyünü deyib.

Mərhumun ailəsi isə Gülpərinin zorlanaraq, öldürüldüyünü iddia edir. Bu gün baş tutan məhkəmədə Gülpərinin atası Rasim Məhəmmədi yeni iddia ilə çıxış edib. O, məhkəməyə müraciət edərək, qızının başqa şəxs tərəfindən öldürüldüyünü deyib.

R.Məhəmmədi qətli törətdiyini etiraf edən Vidadi Qarayevə də müraciət edib: “Vidadi, qızımı kimin öldürdüyünü desən, səni bağışlayacam”.

Vidadi Qarayev isə cavabında qətli özünün törətdiyini bir daha təkrar edib. Prokuror məhkəmədə çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə prosesi dekabrın 23-nə təyin edilib.

22 yaşlı qızı zorlayaraq öldürən şəxs İcra Hakimiyyətinin işçisi imişБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər