Prezident şəhid leytenant Teymur Abbasovu təltif etdi - Foto
Tarix: 5-11-2022, 23:08
Baxılıb: 364
Google+ Paylaş
Tumblr Paylaş

Prezident şəhid leytenant Teymur Abbasovu təltif etdi - Foto

5-11-2022, 23:08

"Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Ordusunun leytenantı, qardaşım, şəhid Teymur Abbasov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Allah bütün şəhidlərimizin məkanını cənnət etsin!"

Reportyor.tv xəbər verir ki, bunu Ağ Partiya sədri Tural Abbaslı öz sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, noyabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
 
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ