Pakistanın keçmiş baş naziri İmran Xana qarşı sui-qəsd zamanı 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə "Doon" qəzeti polisə istinadla məlumat yayıb.
Həmçinin bəzi məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənlərdən birini saxlamağa nail olublar.
Xatırladaq ki, naməlum şəxslər Pakistanın keçmiş baş nazirinin avtomobilinə atəş açıb və onu ayağından yaralayıb.
Keçən həftə Pakistan "Tehreek-e-Insaf" müxalifət partiyası ölkə boyu yürüşə başlayıb.
Etirazçılar yeni seçkilərin keçirilməsini tələb edib və hakimiyyəti etiraz aksiyaları və paytaxta yürüş edəcəkləri ilə bağlı hədələyiblər.
Hüseyn İbadlı