“Qarabağ” “Frayburq”la oyunda AZLIQDA QALDI - YENİLƏNİR
Tarix: 3-11-2022, 23:30
Baxılıb: 312
Google+ Paylaş
Tumblr Paylaş

“Qarabağ” “Frayburq”la oyunda AZLIQDA QALDI - YENİLƏNİR

3-11-2022, 23:30

"Qarabağ" Bakıda Almaniyanın "Frayburq" komandasına qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda azlıqda qalıb.
Publika.az xəbər verir ki, 62-ci dəqiqədə Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
"Köhlən atlar" hazırda məğlub durumdadır - 0:1.
Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub.
xxx
22:20
Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 25-ci dəqiqədə qonaqların futbolçusu Nils Petersen penaltini dəqiq yerinə yetirib. 0:1
xxx
22:05
Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.
G qrupunun digər görüşündə "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edir.
Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.
Qrupda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ