ŞOK XƏBƏRDARLIQ: İran bu ölkəyə hücum edə bilər
Tarix: 2-11-2022, 00:43
Baxılıb: 575
Google+ Paylaş
Tumblr Paylaş

ŞOK XƏBƏRDARLIQ: İran bu ölkəyə hücum edə bilər

2-11-2022, 00:43

Səudiyyə Ərəbistanı ərazisindəki obyektlər gec-tez İranın qaçılmaz hücumuna məruz qalacaq.
Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” Səudiyyə Ərəbistanı hakimiyyətinin Tehranın planlarına dair kəşfiyyat məlumatlarının ABŞ-a ötürülməsi ilə bağlı məlumatlara istinadla yazıb.
Ər-Riyad İranın krallıqdakı hədəfləri vura biləcəyindən ehtiyat edir.
Bundan əvvəl İranın Kəşfiyyat Nazirliyi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı məlumat vermişdi ki, ölkədə gənc qadın Məhsa Əmininin ölümündən sonra baş verən iğtişaşlar Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, İsrail və Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanlarından ilhamlanıb.
Bu ittihamlardan sonra ABŞ, Səudiyyə Ərəbistanı və İsrail regionda təhlükəsizlik tədbirlərini və hərbi hissələrin döyüş hazırlığı səviyyəsini artırıb.
Səudiyyə Ərəbistanı hesab edir ki, İran həm krallığın ərazisinə, həm də İraq Kürdüstanının Ərbil şəhərinə hücum edə bilər.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ