Daha bir şəhid haqda film çəkilib - VİDEO
Tarix: 1-11-2022, 16:18
Baxılıb: 2 729
Google+ Paylaş
Tumblr Paylaş

Daha bir şəhid haqda film çəkilib - VİDEO

1-11-2022, 16:18

44 günlük Vətən Müharibəsinin şəhidi, sanitar təlimatçı çavuş Əzəmi Hüseynov haqda portret-xatirə filmi çəkilib.

Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gətirilən film “Yalnız iləli-3” adlanır.

“Azərbaycan-İraq Mədəni Əlaqələri” İctimai Birliyinin layihəsi olan filmin tərtibatı və çəkilişlərini “Vətən Media” Yaradıcılıq Qrupu həyata keçirib. Ekran əsərinin senari müəllifi jurnalist Teymur Zahidoğlu, rejissoru jurnalist Rasim Salehli, operatoru Fəxri Məmmədovdur.

Filmin ideya müəllifi və layihə rəhbəri Tahirə Məmmədovanın sözlərinə görə, şəhid Əzəmi Hüseynovun həyatından və hərbi xidmət zamanı göstərdiyi şücaətdən bəhs edən bu ekran əsərinin “Yalnız irəli-3” adlandırılması “Azərbaycan-İraq Mədəni Əlaqələri” İctimai Birliyinin həyata keçirdiyi silsilə layihə ilə bağlıdır. Belə ki, sözügedən ictimai birlik 44 günlük Vətən Müharibsində şəhid olan əslən şuşalı 9 nəfər hərbiçinin hər biri haqda ayrı-ayrılıqda bir film hazırlamağı nəzərdə tutulur. Bu film üçüncü ekran əsəridir. Bundan sonra da daha 6 filmin çəkilib ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.
Reportyor.tv




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ